Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Rusiyada prezident seçkilərinin ikinci günündə seçici fəallığı açıqlanıb

© Sputnik / Максим БлиновRusiyada Prezident seçkiləri
Rusiyada Prezident seçkiləri - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Abunə olmaq
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək.
BAKI, 16 mart — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının internet saytında təqdim edilən məlumatlara əsasən, səsvermənin ikinci günündə Rusiya Federasiyasının prezident seçkilərində seçici fəallığı Moskva vaxtı ilə saat 20.19-da 55,10% təşkil edib.
Səsvermənin ikinci günündə Moskva vaxtı ilə saat 16.13-də seçici fəallığı 50,01% təşkil edib.
Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün ərzində keçirilir: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
2018-ci ildə Rusiya Federasiyasının prezident seçkilərində səsvermə bir gündə keçirilən zaman Moskva vaxtı ilə saat 10.00-a qədər seçici fəallığı 16.55%, Moskva vaxtı ilə saat 12.00-a qədər - 34.72%, Moskva vaxtı ilə saat 17.00-da - 51.9% idi. Məntəqə komissiyalarının protokollarının 99,83 faizi işləndikdən sonra isə 67 faizdən artıq olub.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
Rusiyada prezident seçkiləri - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Rusiyada prezident seçkiləri
Rusiyada keçirilən prezident seçkilərində seçici fəallığı 73,33% təşkil edib - Yenilənib
Xəbər lenti
0