https://sputnik.az/20240316/medvedev-prezident-seckilerinde-nizam-intizami-pozanlar-vetene-xeyanet-edirler-463310497.html
Medvedev: Prezident seçkilərində nizam-intizamı pozanlar vətənə xəyanət edirlər
Medvedev: Prezident seçkilərində nizam-intizamı pozanlar vətənə xəyanət edirlər
Sputnik Azərbaycan
Medvedev prezident seçkilərində asayişi pozanları maddə ilə hədələyib. 16.03.2024, Sputnik Azərbaycan
2024-03-16T21:45+0400
2024-03-16T21:45+0400
2024-03-17T09:45+0400
prezident seçkiləri
rusiyada prezident seçkiləri
dmitri medvedev
dmitri medvedev
ella pamfilova
rusiya
mərkəzi seçki komissiyası
mərkəzi seçki komissiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813263_0:0:3065:1725_1920x0_80_0_0_0d16c14682d6aa6a314502cb53084a4e.jpg
BAKI, 16 mart — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyada prezident seçkiləri zamanı seçki məntəqələrində asayişi pozan insanları dövlətə xəyanət maddəsi ilə hədələyib. Bu barədə o, Telegram kanalında məlumat verib. Dövlət xadimi xatırladıb ki, seçki qutularını zədələmək uşaq oyunu deyil. "Bu, bu gün şəhərlərimizi atəşə tutan degenerasiyalara birbaşa yardımdır. Seçki məntəqələrində kriminal fəallar başa düşməlidirlər ki, onların əməllərinə görə onları iyirmi illik xüsusi rejim gözləyir...", - Medvedev yazıb. O vurğulayıb ki, seçkilər zamanı asayişi pozan şəxslərin hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə (müharibə zamanı xarici dövlətə hər hansı yardımın göstərilməsi) vətənə xəyanət kimi qiymətləndirilə bilər. Bir müddət əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Rusiyada prezident seçkiləri zamanı seçki məntəqələrində seçki qutularını korlayan vətəndaşları əclaf adlandırmışdı. Onun sözlərinə görə, seçki qutularına maye doldurduqdan sonra saxlanılanların çoxu bunu pul üçün etdiklərini bildirib.Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
https://sputnik.az/20240316/rusiya-xarici-sler-nazirliyi-britaniyani-hedeleyib-463308576.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813263_157:0:2886:2047_1920x0_80_0_0_cf9c98cd609176848a6e5f2d895e9946.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident seçkiləri, dmitri medvedev, dmitri medvedev, ella pamfilova, rusiya, mərkəzi seçki komissiyası, mərkəzi seçki komissiyası
prezident seçkiləri, dmitri medvedev, dmitri medvedev, ella pamfilova, rusiya, mərkəzi seçki komissiyası, mərkəzi seçki komissiyası
Medvedev: Prezident seçkilərində nizam-intizamı pozanlar vətənə xəyanət edirlər
21:45 16.03.2024 (Yenilənib: 09:45 17.03.2024) Medvedev prezident seçkilərində asayişi pozanları maddə ilə hədələyib.
BAKI, 16 mart — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyada prezident seçkiləri zamanı seçki məntəqələrində asayişi pozan insanları dövlətə xəyanət maddəsi ilə hədələyib. Bu barədə o, Telegram kanalında məlumat verib.
Dövlət xadimi xatırladıb ki, seçki qutularını zədələmək uşaq oyunu deyil.
"Bu, bu gün şəhərlərimizi atəşə tutan degenerasiyalara birbaşa yardımdır. Seçki məntəqələrində kriminal fəallar başa düşməlidirlər ki, onların əməllərinə görə onları iyirmi illik xüsusi rejim gözləyir...", - Medvedev yazıb.
O vurğulayıb ki, seçkilər zamanı asayişi pozan şəxslərin hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə (müharibə zamanı xarici dövlətə hər hansı yardımın göstərilməsi) vətənə xəyanət kimi qiymətləndirilə bilər.
Bir müddət əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Rusiyada prezident seçkiləri zamanı seçki məntəqələrində seçki qutularını korlayan vətəndaşları əclaf adlandırmışdı.
Onun sözlərinə görə, seçki qutularına maye doldurduqdan sonra saxlanılanların çoxu bunu pul üçün etdiklərini bildirib.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.