Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Co Bayden, arxiv şəkli
İlham Əliyev və Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Abunə olmaq
Bu barədə məlumat Azərbaycan Prezidentinin Mətbuat Xidməti tərəfindən yayılıb.
BAKI, 16 mart - Sputnik. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm.
Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm.
Novruz bayramınız mübarək!"
Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Xəbər lenti
0