Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Ukrayna Silahlı Qüvvələri seçkilər öncəsi Rusiyada sabitliyi pozmağa çalışır - Peskov

© Sputnik / Гавриил Григоров / POOL / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi deyib ki, USQ-nin hücumları bu və ya digər şəkildə seçkilərə kölgə salmaq, vəziyyəti qeyri-stabillik yaratmaq cəhdləri ilə əlaqəli olması faktı aydındır.
BAKI, 15 mart — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya regionlarına intensiv hücumlarını Rusiyada prezident seçkiləri ərəfəsində vəziyyətin sabitliyini pozmaq cəhdləri ilə əlaqəlidir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ukrayna Silahlı Qüvvələrinin hücumları bu və ya digər şəkildə seçkilərə kölgə salmaq, vəziyyəti qeyri-stabillik yaratmaq cəhdləri ilə əlaqəli olması faktı aydındır" - Kreml nümayəndəsi bildirib.

Eyni zamanda, Peskov Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərəkətləri barədə ətraflı danışmayıb:
"Düzünü desəm, bunu təhlükəsizlik qüvvələrimizə buraxardım. Bu hücumları qiymətləndirmək onların səlahiyyətindədir".
Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0