https://sputnik.az/20240315/socar-rusiyadan-neft-almaq-meqsedile-abs-kreditini-vaxtindan-evvel-odeyib-463265878.html
SOCAR Rusiyadan neft almaq məqsədilə ABŞ kreditini vaxtından əvvəl ödəyib
SOCAR Rusiyadan neft almaq məqsədilə ABŞ kreditini vaxtından əvvəl ödəyib
Sputnik Azərbaycan
Azərbaycan Dövlət Neft Şirkəti Türkiyə neft emalı zavodu üçün ötən il dayandırılmış Rusiya neftinin alışını bərpa edib. 15.03.2024, Sputnik Azərbaycan
2024-03-15T19:48+0400
2024-03-15T19:48+0400
2024-03-15T19:48+0400
neft
neft-qaz
socar
türkiyə
abş
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/01/03/461744978_0:130:3114:1881_1920x0_80_0_0_cf8a9348aea42ac6f2de73a10c96a387.jpg
BAKI, 15 mart — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın "Citi" və "JP Morgan" bankları tərəfindən verilmiş 1,3 milyard dollarlıq sindikatlaşdırılmış krediti vaxtından iki il əvvəl ödəyib. Təxminən eyni vaxtda SOCAR Rusiyanın "Lukoyl" neft şirkətindən analoji məbləğdə kredit alıb. Bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan üç bank və ticarət mənbəsinə istinadən bildirib. Məlumata görə, ABŞ bankirlərinə olan borcun ödənilməsi faktı SOCAR-a özünün Türkiyədəki "Star" neft emalı zavodu üçün yenidən Rusiya nefti almağa imkan verib – bu zavod Rusiya Federasiyasından nəhəng miqdarda "qara qızıl"ın emalatçısıdır. "Reuters" xəbər verib ki, Azərbaycan Dövlət Neft Şirkəti "Star" zavodu üçün ötən il dayandırılmış Rusiya neftinin alışını bərpa edib. Mənbələr bunun anti-Rusiya sanksiyalarının pozulmasından ehtiyatlanan ABŞ bank konsorsiumunun tələbi ilə edildiyini bildiriblər. ""Star" neft emalı zavodu Rusiya neftini emal etmək üçün yaradılıb, ona görə də Qərb bankları Rusiya neftinin emalını dayandırmaqda israr edəndə bu, problemə çevrilib. Hazırda nə kredit var, nə də problem" - üç mənbədən biri "Reuters" agentliyinə bildirib. Xatırladaq ki, "Star" neft emalı zavodu 2018-ci ildə istifadəyə verilib və "Azeri Light", "Kərkük" və "Ural" kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. SOCAR neft emalı zavodunun tikintisinə, təxminən 7 milyard dollar sərmayə qoyub. SOCAR 2024-cü ildə "Star" neft emalı zavodunun gücünü ildə 13 milyon tona çatdırmağı planlaşdırır. Maraqlıdır ki, zavodun layihə gücü ilkin olaraq 10 milyon ton idi. Qeyd edək ki, "Star" neft emalı zavodu Türkiyənin neft məhsullarına olan tələbatının 25%-ni təmin edir və ölkənin daxili bazarında 19,5%-lik paya malikdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/03/461744978_0:0:2732:2048_1920x0_80_0_0_c61fa7b9ccc12e7b8d2d99e94fc216b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, socar, türkiyə, abş, rusiya
neft, socar, türkiyə, abş, rusiya
SOCAR Rusiyadan neft almaq məqsədilə ABŞ kreditini vaxtından əvvəl ödəyib
Azərbaycan Dövlət Neft Şirkəti Türkiyə neft emalı zavodu üçün ötən il dayandırılmış Rusiya neftinin alışını bərpa edib.
BAKI, 15 mart — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın "Citi" və "JP Morgan" bankları tərəfindən verilmiş 1,3 milyard dollarlıq sindikatlaşdırılmış krediti vaxtından iki il əvvəl ödəyib. Təxminən eyni vaxtda SOCAR Rusiyanın "Lukoyl" neft şirkətindən analoji məbləğdə kredit alıb.
Bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan üç bank və ticarət mənbəsinə istinadən bildirib.
Məlumata görə, ABŞ bankirlərinə olan borcun ödənilməsi faktı SOCAR-a özünün Türkiyədəki "Star" neft emalı zavodu üçün yenidən Rusiya nefti almağa imkan verib – bu zavod Rusiya Federasiyasından nəhəng miqdarda "qara qızıl"ın emalatçısıdır.
"Reuters" xəbər verib ki, Azərbaycan Dövlət Neft Şirkəti "Star" zavodu üçün ötən il dayandırılmış Rusiya neftinin alışını bərpa edib. Mənbələr bunun anti-Rusiya sanksiyalarının pozulmasından ehtiyatlanan ABŞ bank konsorsiumunun tələbi ilə edildiyini bildiriblər.
""Star" neft emalı zavodu Rusiya neftini emal etmək üçün yaradılıb, ona görə də Qərb bankları Rusiya neftinin emalını dayandırmaqda israr edəndə bu, problemə çevrilib. Hazırda nə kredit var, nə də problem" - üç mənbədən biri "Reuters" agentliyinə bildirib.
Xatırladaq ki, "Star" neft emalı zavodu 2018-ci ildə istifadəyə verilib və "Azeri Light", "Kərkük" və "Ural" kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. SOCAR neft emalı zavodunun tikintisinə, təxminən 7 milyard dollar sərmayə qoyub.
SOCAR 2024-cü ildə "Star" neft emalı zavodunun gücünü ildə 13 milyon tona çatdırmağı planlaşdırır. Maraqlıdır ki, zavodun layihə gücü ilkin olaraq 10 milyon ton idi.
Qeyd edək ki, "Star" neft emalı zavodu Türkiyənin neft məhsullarına olan tələbatının 25%-ni təmin edir və ölkənin daxili bazarında 19,5%-lik paya malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.