Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Rusiyanın səfirliyindəki seçki məntəqəsi səsverməyə hazırdır - Müşavir

© Sputnik / Murad OrujovRusiyanın Bakıdakı səfirliyi
Rusiyanın Bakıdakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Diplomat Azərbaycan tərəfinə Gəncə və Xocalı şəhərlərində erkən səsvermənin təşkilində köməyə görə təşəkkür edib.
BAKI, 15 mart - Sputnik. "Son prezident seçkilərində 1500-dən çox seçici səs verib. Bu il daha yüksək rəqəm gözləyirik". Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı Səfirliyinin müşaviri, səfirlikdə təşkil olunmuş 8017 saylı Seçki Komissiyasının katibi Roman Popov deyib.

"Biz planlaşdırdığımız tədbirlə bağlı təhlükəsizlik tədbirlərinin təmin edilməsində göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarıq. Burada artıq kabinələr quraşdırılıb. Seçki komissiyasının üzvləri, müşahidəçilər, komissiyanın sədri və katibi üçün müvafiq yerlər hazırlanıb. Federasiya Şurasının seçkilərin vaxtının təyin edilməsi ilə bağlı qərarından sonra müvafiq hazırlıq işlərinə başlanılıb" - Popov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının razılığı ilə səfirlikdə 8017 nömrəli seçki məntəqəsi təşkil edilib:
"17 mart saat 8.00-dan 20.00-a kimi vətəndaşlarımızı vətəndaşlıqlarını təsdiq edən sənədlərlə gözləyirik. İndi səsvermə prosesi maksimum demokratikdir. Azərbaycan Respublikasının ərazisində olan istənilən Rusiya vətəndaşı həmin gün bura gəlib istədiyi namizədə səs verə bilər".
Müşavir onu da bildirib ki, mobilliyi az olanlara da kömək göstəriləcək. Onun sözlərinə görə, indiyədək kiminsə ev ünvanına gəlib səsvermə hüququnun həyata keçirilməsinə köməklik göstərilməsini istəyən vətəndaşlardan iki müraciət daxil olub.
Səfirliyin müşaviri bir daha Azərbaycan tərəfinə Gəncə şəhərində və Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin bazasında erkən səsvermənin təşkilində bizə kömək etdiyinə görə təşəkkürünü ifadə edib.
Hazırda səsvermənin hansısa nəticələrinin bəlli olub-olmadığı barədə sualın cavabında Popov bildirib ki, bütün səslər 17 mart saat 20.00-dan sonra hesablanacaq.
"Yəni, ilk növbədə, kənara daşınan seçki qutuları açılır, sonra biz əsas səsvermə günü üçün qutunu açırıq və bütün səs verənlərin səslərini hesablamağa başlayırıq".
Səsvermə prosesini müşahidə edəcək şəxslərlə bağlı diplomat bildirib ki, hələlik bununla bağlı konkret adlar yoxdur.
"Biz bilirik ki, müşahidəçilər olacaq. Biz onlar üçün məkan imkan verdiyi qədər uyğun yerlər hazırlamışıq ki, orada bütün səsvermə prosesini görsünlər".
Müşavir onu da vurğulayıb ki, vətəndaşlar özü ilə şəxsiyyəti təsdiq edən sənəd və qələm gətirməlidirlər:

"Qələmi də biz təqdim edə bilərik. Yeganə odur ki, istənilən səfirliyin rejimli obyekt olduğunu nəzərə alaraq, təhlükəsizlik tədbirləri görüləcək və vətəndaş səsvermə otağına yalnız qələm və pasportla buraxılacaq. Qalan hər şey saxlama yerlərində qalmalıdır. Bunun üçün bütün lazımi şərait yaradılıb".

Popov onu da bildirib ki, xarici konturda təhlükəsizlik Azərbaycan Respublikasının polisi və səfirliyin mühafizə xidməti tərəfindən təmin ediləcək.
Rusiyanın Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Xəbər lenti
0