Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Rusiyada prezident seçkilərinin ilk günündə seçici fəallığı 35%-dən çox olub

© Sputnik / Alexandr Suhov / Mediabanka keçidRusiyada prezident seçkiləri
Rusiyada prezident seçkiləri - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Beş milyona yaxın rusiyalı seçkilərdə əvvəlcədən və ya distant şəkildə səs verib.
BAKI, 15 mart - Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytında verilən məlumata görə, ölkədə keçirilən prezident seçkilərində səsvermənin ilk günü saat 21:00-a olan seçici fəallığı 35,4 faiz təşkil edib.
İlk seçki məntəqələri dünən Moskva vaxtı ilə saat 23:00-da Kamçatka və Çukotkada açılıb.
Cümə günü saat 09:00-da Rusiyanın ən qərb bölgəsində - Kalininqrad vilayətində səsvermə məntəqələri açılıb.
Demək olar ki, 2,6 milyon rusiyalı seçkilərdə əvvəlcədən səs verib. Artıq üç milyondan çox insan distant şəkildə səsvermədə iştirak edib.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
Xəbər lenti
0