https://sputnik.az/20240315/revan-ve-baki-1991-ci-il-serhedlerinin-taninmasi-meselesinde-anlasmaya-yaxindir---xn-463279225.html
İrəvan və Bakı 1991-ci il sərhədlərinin tanınması məsələsində anlaşmaya yaxındır - XİN
İrəvan və Bakı 1991-ci il sərhədlərinin tanınması məsələsində anlaşmaya yaxındır - XİN
Sputnik Azərbaycan
Nazir müxalifətin "Hayastan" fraksiyasının bəzi deputatlarının Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni təklifləri ilə tanış olmağa niyə icazə verilməməsi... 15.03.2024, Sputnik Azərbaycan
2024-03-15T15:38+0400
2024-03-15T15:38+0400
2024-03-15T15:38+0400
xin
dünya xəbərləri
ararat mirzoyan
sülh
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513356_0:151:3076:1881_1920x0_80_0_0_acc1e1793595cfe07d7d3c74aa06b8cb.jpg
BAKI, 15 mart — Sputnik. Ermənistan və Azərbaycan 1991-ci il sərhədlərinin delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması ilə bağlı konsensusa yaxındırlar. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında 2023-cü ildə hökumət proqramının icrasını təqdim edərkən deyib. Onun sözlərinə görə, hazırda bu məsələdə iki ölkənin mövqeləri, bir ay əvvəlkindən daha yaxındır. Nazir müxalifətin "Hayastan" fraksiyasının bəzi deputatlarının Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni təklifləri ilə tanış olmağa niyə icazə verilməməsi ilə bağlı sualları da cavablandırıb. Xarici işlər naziri bu qərarı deputatların qəbuledilməz davranışı ilə izah edib. Əvvəllər onları nazirliyə dəvət ediblər, sənəd göstəriblər, öz gözləri ilə görüblər ki, orada heç bir narahatedici müddəa yoxdur, amma sonradan yenə də öz nağıllarını yaymağa davam ediblər. O, müxalifəti bu məsələni şişirtməməyə çağırıb vəziyyətin onsuz da gərgin olduğunu deyib. XİN rəhbəri hesab edir ki, rəhbərlik və diplomatlar vəziyyəti çəhrayı rəngdə təqdim etmək fikrindən uzaqdırlar, lakin müxalifətin cəmiyyəti lüzumsuz stresə məruz qoyan addımları qəbuledilməzdir. Mirzoyan bir müddət əvvəl Türkiyə mətbuatına müsahibəsində qeyd edib ki, Bakı ilə bir sıra məsələlərdə razılığa gəlmək mümkün olub, lakin fikir ayrılıqları iki əsas aspektdə qalır. Bu, iki ölkə arasında sərhədlərin delimitasiyası prinsiplərinə və regional kommunikasiyaların və nəqliyyat dəhlizlərinin açılmasına aiddir. Ermənistan yeni sərhədlər çəkmək istəmir və 1991-ci il Alma-Ata Bəyannaməsində təsbit olunmuş prinsiplərin gələcək sülh müqaviləsində təsbit edilməsində israrlıdır. Lakin onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycandan razılıq almaq mümkün olmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513356_347:0:3076:2047_1920x0_80_0_0_262b730b79e443e65b7806064bf8bd22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xin, ararat mirzoyan, sülh, azərbaycan
xin, ararat mirzoyan, sülh, azərbaycan
İrəvan və Bakı 1991-ci il sərhədlərinin tanınması məsələsində anlaşmaya yaxındır - XİN
Nazir müxalifətin "Hayastan" fraksiyasının bəzi deputatlarının Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni təklifləri ilə tanış olmağa niyə icazə verilməməsi ilə bağlı sualları da cavablandırıb.
BAKI, 15 mart — Sputnik. Ermənistan və Azərbaycan 1991-ci il sərhədlərinin delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması ilə bağlı konsensusa yaxındırlar. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında 2023-cü ildə hökumət proqramının icrasını təqdim edərkən deyib.
Onun sözlərinə görə, hazırda bu məsələdə iki ölkənin mövqeləri, bir ay əvvəlkindən daha yaxındır.
"Hazırda bu məsələdə əvvəlki ilə müqayisədə daha çox qarşılıqlı anlaşma var. Məncə, biz bu məsələdə qarşılıqlı razılaşmaya çox yaxınıq" - nazir bildirib.
Nazir müxalifətin "Hayastan" fraksiyasının bəzi deputatlarının Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni təklifləri ilə tanış olmağa niyə icazə verilməməsi ilə bağlı sualları da cavablandırıb.
Xarici işlər naziri bu qərarı deputatların qəbuledilməz davranışı ilə izah edib. Əvvəllər onları nazirliyə dəvət ediblər, sənəd göstəriblər, öz gözləri ilə görüblər ki, orada heç bir narahatedici müddəa yoxdur, amma sonradan yenə də öz nağıllarını yaymağa davam ediblər.
O, müxalifəti bu məsələni şişirtməməyə çağırıb vəziyyətin onsuz da gərgin olduğunu deyib.
XİN rəhbəri hesab edir ki, rəhbərlik və diplomatlar vəziyyəti çəhrayı rəngdə təqdim etmək fikrindən uzaqdırlar, lakin müxalifətin cəmiyyəti lüzumsuz stresə məruz qoyan addımları qəbuledilməzdir.
Mirzoyan bir müddət əvvəl Türkiyə mətbuatına müsahibəsində qeyd edib ki, Bakı ilə bir sıra məsələlərdə razılığa gəlmək mümkün olub, lakin fikir ayrılıqları iki əsas aspektdə qalır. Bu, iki ölkə arasında sərhədlərin delimitasiyası prinsiplərinə və regional kommunikasiyaların və nəqliyyat dəhlizlərinin açılmasına aiddir. Ermənistan yeni sərhədlər çəkmək istəmir və 1991-ci il Alma-Ata Bəyannaməsində təsbit olunmuş prinsiplərin gələcək sülh müqaviləsində təsbit edilməsində israrlıdır. Lakin onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycandan razılıq almaq mümkün olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.