Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Putin Rusiyada keçirilən prezident seçkilərində onlayn səs verib

© Sputnik / Александр Казаков / Mediabanka keçidVladimir Putin, arxiv
Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Putin onlayn səsvermə rejimindən 2021-ci ildə istifadə etməyə başlayıb.
BAKI, 15 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiyada martın 15-17-də keçiriləcək prezident seçkilərində cümə günü axşam səs verib. O, Novo-Oqarevo iqamətgahındakı ofisinin kompüterində səsvermə bülleteni dolduraraq uzaqdan səs verib.
Putin 2021-ci ildə onlayn səsvermə rejimindən istifadə etməyə başlayıb, sonra Dövlət Dumasının deputatlarının seçkilərində distant formadan istifadə edib. Bu şəkildə dövlət başçısı bələdiyyə deputatlarının seçkilərində və ötən ilin sentyabrında Moskva merinin seçkilərində səs verib.
Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Xəbər lenti
0