DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistan və Qırğızıstan yaşıl dəhliz açmaq niyyətindədir

© pixabay / falcoDaşkəndə mənzərə
Daşkəndə mənzərə - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Tərəflər Özbəkistan-Qırğızıstan İnkişaf Fondunun investisiyaları hesabına birgə sahibkarlığın inkişaf etdirilməsi imkanlarını da nəzərdən keçiriblər.
BAKI, 15 mart — Sputnik. Özbəkistan və Qırğızıstanın hakimiyyət orqanları tez xarab olan məhsulların qarşılıqlı tədarükü üçün yaşıl dəhlizin açılması məsələsini müzakirə edirlər. Bu barədə Özbəkistan Ticarət və Sənaye Palatasının mətbuat xidməti xəbər verir.
Məlumata görə, Daşkənddə iki ölkədən 80-ə yaxın sahibkarın iştirakı ilə Özbəkistan-Qırğızıstan İşgüzar Şurasının üçüncü iclası keçirilib.
"Tez xarab olan məhsullar üçün yaşıl dəhlizin açılması, ümumi laboratoriya, sanitar müfəttişlik, əlavə keçid məntəqələri və dəmir yolu nəqliyyatı ilə daşımaların artırılması məsələsi müzakirə olunub", - məlumatda deyilir.
Tərəflər Özbəkistan-Qırğızıstan İnkişaf Fondunun investisiyaları hesabına birgə sahibkarlığın inkişaf etdirilməsi imkanlarını da nəzərdən keçiriblər.
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 5 dəfə artaraq 2023-cü ilin sonunda 950 milyon dollar təşkil edib ki, bunun da 630 milyon dollardan çoxu Özbəkistanın ixracı olub. Qırğızıstanın ixracı isə 320 milyon dollardan çox olub.
Xəbər lenti
0