https://sputnik.az/20240315/monqolustan-ve-a-azad-ticaret-zonasi-yaradacaq-463278494.html
Monqolustan və Aİİ azad ticarət zonası yaradacaqlar
Monqolustan və Aİİ azad ticarət zonası yaradacaqlar
Sputnik Azərbaycan
Monqolustandan Avrasiya İqtisadi İttifaqı ölkələrinə, o cümlədən Rusiyaya güzəştli şərtlərlə məhsulların ixracı 2025-ci ildən başlaya bilər. 15.03.2024, Sputnik Azərbaycan
2024-03-15T22:16+0400
2024-03-15T22:16+0400
2024-03-15T22:30+0400
aii
iqtisadiyyat
rusiya
monqolustan
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0f/463271020_0:161:3071:1888_1920x0_80_0_0_e291116617f209394f394580d2bedf76.jpg
BAKI, 15 mart — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri və Monqolustan 2024-cü ilin sonuna qədər azad ticarət zonasının (ATZ) yaradılmasına dair müvəqqəti sazişin hazırlanmasını başa çatdırmaq niyyətindədirlər. Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) bəyanatında deyilir. Məlumata görə, müvəqqəti saziş məhdud əmtəə əhatəsini nəzərdə tutur. Bu yaxınlarda Rusiyanın Monqolustandakı səfiri Aleksey Yevsikov bildirib ki, Monqolustandan Rusiya da daxil olmaqla Aİİ ölkələrinə güzəştli şərtlərlə məhsulların ixracı 2025-ci ildən başlaya bilər. Onun sözlərinə görə, söhbət ənənəvi adlanan ixrac mallarından gedir ki, onların da siyahısına ət və ət məhsulları, yun və yun məmulatları, o cümlədən kəşmiri, dəri və dəri məmulatları daxildir. Səfir həmçinin qeyd edib ki, Rusiya 2024-cü ildə Monqolustana kommersiya əsasında qoyun çiçəyi və yoluxucu nodulyar dermatitə qarşı 10 milyon doza dabaq vaksini və preparatı tədarük etməyi planlaşdırır. Yevsikov əlavə edib ki, Ulan-Bator hələ 2015-ci ildə Avrasiya iqtisadi inteqrasiyasına ciddi maraq göstərməyə başlayıb. AİK ilə Monqolustan hökuməti arasında işçi qrupu yaradılıb, onun çərçivəsində azad ticarət sazişinin faydalığı müzakirə edilib, çünki vahid gömrük məkanı Aİİ blokunun əsaslarından biridir. Xatırladaq ki, Monqolustan hazırda Aİİ-nin müşahidəçi ölkələri sırasındadır. 2015-ci ilin iyun ayında AİK və Monqolustan hökuməti arasında əməkdaşlıq sazişi bağlanıb, 2020-ci ildə tərəflər azad ticarət sazişinin bağlanmasının əlverişliyini öyrənmək üçün birgə tədqiqat qrupu yaradıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0f/463271020_171:0:2902:2048_1920x0_80_0_0_a5c53584fa11922c38a5f5c8b593e36d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
aii, rusiya, monqolustan
Monqolustan və Aİİ azad ticarət zonası yaradacaqlar
22:16 15.03.2024 (Yenilənib: 22:30 15.03.2024) Monqolustandan Avrasiya İqtisadi İttifaqı ölkələrinə, o cümlədən Rusiyaya güzəştli şərtlərlə məhsulların ixracı 2025-ci ildən başlaya bilər.
BAKI, 15 mart — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri və Monqolustan 2024-cü ilin sonuna qədər azad ticarət zonasının (ATZ) yaradılmasına dair müvəqqəti sazişin hazırlanmasını başa çatdırmaq niyyətindədirlər. Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) bəyanatında deyilir.
Məlumata görə, müvəqqəti saziş məhdud əmtəə əhatəsini nəzərdə tutur.
"Təsadüfi deyil ki, biz müvəqqəti saziş haqqında danışmağa başladıq, çünki zaman həqiqətən ciddi əhəmiyyət kəsb edir. Hər kəsin hiss edəcəyi nəticəni bizim sürətlə və tez əldə etməyimiz vacibdir" – AİK-nin ticarət üzrə naziri Andrey Slepnyov qeyd edib.
Bu yaxınlarda Rusiyanın Monqolustandakı səfiri Aleksey Yevsikov bildirib ki, Monqolustandan Rusiya da daxil olmaqla Aİİ ölkələrinə güzəştli şərtlərlə məhsulların ixracı 2025-ci ildən başlaya bilər.
Onun sözlərinə görə, söhbət ənənəvi adlanan ixrac mallarından gedir ki, onların da siyahısına ət və ət məhsulları, yun və yun məmulatları, o cümlədən kəşmiri, dəri və dəri məmulatları daxildir.
"Lakin ət ixrac etmək üçün monqol tərəfdaşları xeyli əlavə işlər görməlidirlər. Monqolustanda mürəkkəb epizootiya vəziyyəti davam edir və monqol tərəfi hələlik bizə öz məhsullarının baytarlıq təhlükəsizliyinə lazımi zəmanəti verə bilmir" - Yevsikov vurğulayıb.
Səfir həmçinin qeyd edib ki, Rusiya 2024-cü ildə Monqolustana kommersiya əsasında qoyun çiçəyi və yoluxucu nodulyar dermatitə qarşı 10 milyon doza dabaq vaksini və preparatı tədarük etməyi planlaşdırır.
Yevsikov əlavə edib ki, Ulan-Bator hələ 2015-ci ildə Avrasiya iqtisadi inteqrasiyasına ciddi maraq göstərməyə başlayıb. AİK ilə Monqolustan hökuməti arasında işçi qrupu yaradılıb, onun çərçivəsində azad ticarət sazişinin faydalığı müzakirə edilib, çünki vahid gömrük məkanı Aİİ blokunun əsaslarından biridir.
Xatırladaq ki, Monqolustan hazırda Aİİ-nin müşahidəçi ölkələri sırasındadır. 2015-ci ilin iyun ayında AİK və Monqolustan hökuməti arasında əməkdaşlıq sazişi bağlanıb, 2020-ci ildə tərəflər azad ticarət sazişinin bağlanmasının əlverişliyini öyrənmək üçün birgə tədqiqat qrupu yaradıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.