https://sputnik.az/20240315/gence-dovlet-filarmoniyasi-yeni-orkestrini-teqdim-edecek-463259102.html
Gəncə Dövlət Filarmoniyası yeni orkestrini təqdim edəcək
Gəncə Dövlət Filarmoniyası yeni orkestrini təqdim edəcək
Sputnik Azərbaycan
Yeni yaradılacaq orkestrin Azərbaycanı qarış-qarış gəzərək xüsusi hazırlanmış proqramlarını təqdim etməsi nəzərdə tutulur. 15.03.2024, Sputnik Azərbaycan
2024-03-15T23:44+0400
2024-03-15T23:44+0400
2024-03-15T23:44+0400
gəncə
mədəniyyət
filarmoniya
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0f/463258699_0:33:924:552_1920x0_80_0_0_ac512a69060c2f09cd6b3c805d1c1464.jpg
BAKI, 15 mart — Sputnik. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası tezliklə yeni orkestrini təqdim edəcək. Filarmoniyadan bildirilib ki, orkestrin fəaliyyəti Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox mühüm rol oynayacaq.Kollektivin adı aprelin 28-də Gəncədə ilk dəfə keçiriləcək konsertdə açıqlanacaq. Yeni yaradılacaq orkestrin Azərbaycanı qarış-qarış gəzərək xüsusi hazırlanmış proqramlarını təqdim etməsi nəzərdə tutulur. Qeyd edək ki, 2023-cü ilib noyabr ayının 23-də Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.Filarmoniyanın tərkibində "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestri fəaliyyət göstərir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0f/463258699_36:0:876:630_1920x0_80_0_0_c1c185a82ade3d50a721ac8f4b031f67.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gəncə, filarmoniya
Gəncə Dövlət Filarmoniyası yeni orkestrini təqdim edəcək
Yeni yaradılacaq orkestrin Azərbaycanı qarış-qarış gəzərək xüsusi hazırlanmış proqramlarını təqdim etməsi nəzərdə tutulur.
BAKI, 15 mart — Sputnik. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası tezliklə yeni orkestrini təqdim edəcək. Filarmoniyadan bildirilib ki, orkestrin fəaliyyəti Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox mühüm rol oynayacaq.
Kollektivin adı aprelin 28-də Gəncədə ilk dəfə keçiriləcək konsertdə açıqlanacaq. Yeni yaradılacaq orkestrin Azərbaycanı qarış-qarış gəzərək xüsusi hazırlanmış proqramlarını təqdim etməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ilib noyabr ayının 23-də Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.
Filarmoniyanın tərkibində "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestri fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.