https://sputnik.az/20240315/erzaqlarla-ozunuteminetme-seviyyesinin-yukseldilmesi-esas-vezifelerdendir---bas-nazir-463272022.html
Ərzaqlarla özünütəminetmə səviyyəsinin yüksəldilməsi əsas vəzifələrdəndir - Baş nazir
Ərzaqlarla özünütəminetmə səviyyəsinin yüksəldilməsi əsas vəzifələrdəndir - Baş nazir
Sputnik Azərbaycan
Bildirilib ki, ötən il su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və... 15.03.2024, Sputnik Azərbaycan
2024-03-15T12:29+0400
2024-03-15T12:29+0400
2024-03-15T12:29+0400
əli əsədov
iqtisadiyyat
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460943294_0:124:3073:1852_1920x0_80_0_0_88987b4a85073778e1a626d363a1b694.jpg
BAKI, 15 mart - Sputnik. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması hökumətin gündəliyində duran əsas vəzifələrdən biridir. Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib. Baş nazir deyib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 mln. manat vəsait ayrılıb: “1 yanvar 2024-cü ildən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılıb”. Qeyd edilib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli də mühüm vəzifələrdən biridir. Su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib:O bildirib ki, hesabat ilində Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənib. Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatıb:“Gələcəkdə bizim ixrac coğrafiyamız Avropa istiqaməti üzrə daha da artacaq. Eyni zamanda ölkəmiz böyük bərpaolunan külək və günəş enerjisi potensialına malikdir. Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində bu istiqamətdə mühüm işlər görülür. Ölkədə, habelə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” Stansiyası istismara verilib. 2023-cü ildə Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Memorandum imzalanıb. Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması və tranzit potensialının reallaşdırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir. 2023-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32,8 mln.ton olub. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni tranzit yüklər təşkil edib. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 12,5 faiz artıb”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460943294_85:0:2816:2048_1920x0_80_0_0_8e7457cfbaa56681df92e4c08a1233d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli əsədov, milli məclis
Ərzaqlarla özünütəminetmə səviyyəsinin yüksəldilməsi əsas vəzifələrdəndir - Baş nazir
Bildirilib ki, ötən il su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcək.
BAKI, 15 mart - Sputnik. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması hökumətin gündəliyində duran əsas vəzifələrdən biridir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 mln. manat vəsait ayrılıb: “1 yanvar 2024-cü ildən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılıb”.
Qeyd edilib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli də mühüm vəzifələrdən biridir. Su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib:
“Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 466 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb. 2023-cü ildə əsas su anbarlarında suyun həcmi 13,3 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2.2 milyard kubmetrdən çoxdur. Ötən il su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcək”.
O bildirib ki, hesabat ilində Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənib. Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatıb:
“Gələcəkdə bizim ixrac coğrafiyamız Avropa istiqaməti üzrə daha da artacaq. Eyni zamanda ölkəmiz böyük bərpaolunan külək və günəş enerjisi potensialına malikdir. Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində bu istiqamətdə mühüm işlər görülür. Ölkədə, habelə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” Stansiyası istismara verilib. 2023-cü ildə Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Memorandum imzalanıb. Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması və tranzit potensialının reallaşdırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir. 2023-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32,8 mln.ton olub. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni tranzit yüklər təşkil edib. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 12,5 faiz artıb”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.