https://sputnik.az/20240315/ermenistani-muharibeye-hazirlayanlarin-hesabati-hansi-meqsedi-gudur-463250950.html
Ermənistanı müharibəyə hazırlayanların hesabatı hansı məqsədi güdür?
Ermənistanı müharibəyə hazırlayanların hesabatı hansı məqsədi güdür?
Sputnik Azərbaycan
Kəşfiyyatın hesabatında o da qeyd olunur ki, sülh müqaviləsinin olmaması, hərbi qüvvələrinin təmas xəttinin yaxınlığı və atəşkəs rejiminə əməl etmə... 15.03.2024, Sputnik Azərbaycan
2024-03-15T10:03+0400
2024-03-15T10:03+0400
2024-03-15T10:09+0400
ermənistan
təhlil
müharibə
hesabat
məqsəd
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437262376_0:0:3311:1862_1920x0_80_0_0_d48568e8bf5d518889c800f3c9528ac2.jpg
BAKI, 15 mart — Sputnik. ABŞ Kəşfiyyatının 2024-cü il üzrə təhlükəsizlik qiymətləndirilməsi hesabatında Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məqamlar da yer alıb. Hesabatda bildirilir ki, Ermənistanla Azərbaycan arasında münasibətlər gərgin olaraq qalacaq, lakin Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra gərginlik əvvəlki səviyyədə olmayacaq., hərbi qarşıdurma məhdud çərçivədə olacaq. Kəşfiyyatın hesabatında o da qeyd olunur ki, sülh müqaviləsinin olmaması, hərbi qüvvələrinin təmas xəttinin yaxınlığı və atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması riskləri saxlayır. Hesabatda o da qeyd olunur ki, Azərbaycanın Naxçıvanla birbaşa əlaqə tələbi silahlı qarşıdurma riskini artıracaq. Ekspertlər qeyd edir ki, bölgədə yumşalma prosesinin qarşısında dayanan qüvvələr hərbi ritorikanın qızışdırılması üçün müxtəlif təşəbbüslər göstərirlər. Görünən odur ki, Qərb Cənubi Qafqazda möhkəmlənmək üçün Ermənistanı özünə dayaq seçib. Zaman-zaman Ermənistanın Qərbə inteqrasiyası görüntüsünü yaratmaq üçün şirniklənidirici addımlar atılır. Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnamə də elə bu qəbildəndir. Politoloq Tofiq Abbasov deyir ki, Qərbdə Azərbaycan-Ermənistan arasında hərbi gərigniliyin davam etməsini istəyən qüvvələr var:Abbasov qeyd edir ki, Ermənistan bir çox ölkələr tərəfindən silahlandırılır: "Ermənistan ordusu ABŞ və Qərbin digər ölkələrinin hərbi instrukturları tərəfindən təlimatlandırılır. Məqsəd Ermənistan ordusunu Azərbaycanla yeni döyüşlərə hazırlamaqdır. Bütün bunlar göstərir ki, bölgədə münaqişənin yenidən alovlanmasını istəyən Qərbdir. Məqsəd isə hər kəsə aydındır - bölgənin iki aparıcı ölkəsi olan Rusiya və İranın təsir imkanlarını sıfıra endirmək, o cümlədən Azərbaycanı müstəqil siyasət yürütdüyünə görə ram etmək". Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, son zamanlar mütəmadi olaraq Qərb dairələri tərəfindən hərbi gərginliyin artacağı ilə bağlı fikirlər dövriyyəyə buraxılır: "Bu fikirlər o qədər çox olur ki, onun nəyin əsasında ortaya çıxdığını şərh etmək müşkülə çevrilir. Ancaq hər kəs məlum olan bir şey var ki, Azərbaycan tərəfi bölgədə yeni hərbi toqquşmaların olmasını istəmir. Azərbaycan Ali Siyasi rəhbərliyi də sülhə heç olmadığımız qədər yaxın olduğumuzu açıqlayır. Bizim tərəfdə belə fikirlər səsləndiyi halda Qərb dairələri bölgəni qan çanağı kimi təqdim edirlər. Təbii ki, hərbi əməliyyatların baş verməsi Qərbin maraqlarına cavab verdiyi üçün onlar bunun gerçəkləşməsi üçün bacardıqlarını edirlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437262376_580:0:3311:2048_1920x0_80_0_0_d671d73d46868a8b417f242c2c9bce18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, müharibə, hesabat, məqsəd
ermənistan, müharibə, hesabat, məqsəd
Ermənistanı müharibəyə hazırlayanların hesabatı hansı məqsədi güdür?
10:03 15.03.2024 (Yenilənib: 10:09 15.03.2024) Kəşfiyyatın hesabatında o da qeyd olunur ki, sülh müqaviləsinin olmaması, hərbi qüvvələrinin təmas xəttinin yaxınlığı və atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması riskləri saxlayır.
BAKI, 15 mart — Sputnik. ABŞ Kəşfiyyatının 2024-cü il üzrə təhlükəsizlik qiymətləndirilməsi hesabatında Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məqamlar da yer alıb.
Hesabatda bildirilir ki, Ermənistanla Azərbaycan arasında münasibətlər gərgin olaraq qalacaq, lakin Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra gərginlik əvvəlki səviyyədə olmayacaq., hərbi qarşıdurma məhdud çərçivədə olacaq.
Kəşfiyyatın hesabatında o da qeyd olunur ki, sülh müqaviləsinin olmaması, hərbi qüvvələrinin təmas xəttinin yaxınlığı və atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması riskləri saxlayır.
Hesabatda o da qeyd olunur ki, Azərbaycanın Naxçıvanla birbaşa əlaqə tələbi silahlı qarşıdurma riskini artıracaq.
Ekspertlər qeyd edir ki, bölgədə yumşalma prosesinin qarşısında dayanan qüvvələr hərbi ritorikanın qızışdırılması üçün müxtəlif təşəbbüslər göstərirlər. Görünən odur ki, Qərb Cənubi Qafqazda möhkəmlənmək üçün Ermənistanı özünə dayaq seçib. Zaman-zaman Ermənistanın Qərbə inteqrasiyası görüntüsünü yaratmaq üçün şirniklənidirici addımlar atılır. Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnamə də elə bu qəbildəndir.
Ermənistanı Qərbə şirnikləndirmək üçün atılan bu addımın qarşılığını rəsmi İrəvanın nə ilə ödəyəcəyi maraqla gözlənilir. Əslində proses çoxdan başlayıb desək yerinə düşər. Ermənistandan Rusiyanı bölgədən sıxışdırmaq üçün istifadə edən dairələrin bu balaca ölkəni son anda meydanda təkbaşına qoyacağı qazanılmış təcrübənin ifadəsidir. Qərbin dişsiz diplomatlarının şirin vədləri avrointeqrasiya yolunu tutanlara sadəcə böhranlar gətirib.
Politoloq Tofiq Abbasov deyir ki, Qərbdə Azərbaycan-Ermənistan arasında hərbi gərigniliyin davam etməsini istəyən qüvvələr var:
"Bunu istəyən ABŞ və Avropa İttifaqıdır. Onlar çalışır ki, sülh prosesinə mane olsunlar, sanki bu prosesin davam etməsi onların planlarına mane olur. Aydındır ki, müharibə bitib və bizim ölkəmiz post-müharibə reallıqlarını yaradıb. Azərbaycan sülh səhifəsini çevirib və normal münaüsibətlər qurulmasının tərəfdarıdır. Biz isə görürük ki, Ermənistan müstəqil siyasət yeridə bilmir, o Qərbin yedəyində gedir".
Abbasov qeyd edir ki, Ermənistan bir çox ölkələr tərəfindən silahlandırılır: "Ermənistan ordusu ABŞ və Qərbin digər ölkələrinin hərbi instrukturları tərəfindən təlimatlandırılır. Məqsəd Ermənistan ordusunu Azərbaycanla yeni döyüşlərə hazırlamaqdır. Bütün bunlar göstərir ki, bölgədə münaqişənin yenidən alovlanmasını istəyən Qərbdir. Məqsəd isə hər kəsə aydındır - bölgənin iki aparıcı ölkəsi olan Rusiya və İranın təsir imkanlarını sıfıra endirmək, o cümlədən Azərbaycanı müstəqil siyasət yürütdüyünə görə ram etmək".
"Qərb bölgəmizdə plasdarm qazanmağa çalışır. Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi son qətnamə də bu ölkəni Rusiyadan uzqlaşdırmaq niyyətlərinə xidmət edir. Aİ Ermənistan vətəndaşları üçün viza rejimini götürmək istəyir, amma bu bir oyundur. Ermənistanı Avropa İttifaqına qəbul etmək ehtimalları sıfıra bərabərdir. Avropa Ermənistan siyasi qüvvələrini şirniklənirib, aldadır. Hazırkı məqamda Ermənistanı Avropa İttifaqına qəbul etmək ittifaqın üzvləri tərəfindən də bir mənalı qarşılanmayacaq".
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, son zamanlar mütəmadi olaraq Qərb dairələri tərəfindən hərbi gərginliyin artacağı ilə bağlı fikirlər dövriyyəyə buraxılır: "Bu fikirlər o qədər çox olur ki, onun nəyin əsasında ortaya çıxdığını şərh etmək müşkülə çevrilir. Ancaq hər kəs məlum olan bir şey var ki, Azərbaycan tərəfi bölgədə yeni hərbi toqquşmaların olmasını istəmir. Azərbaycan Ali Siyasi rəhbərliyi də sülhə heç olmadığımız qədər yaxın olduğumuzu açıqlayır. Bizim tərəfdə belə fikirlər səsləndiyi halda Qərb dairələri bölgəni qan çanağı kimi təqdim edirlər. Təbii ki, hərbi əməliyyatların baş verməsi Qərbin maraqlarına cavab verdiyi üçün onlar bunun gerçəkləşməsi üçün bacardıqlarını edirlər".