DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Aİ-yə üzv olmaq üçün müraciət etməyi planlaşdırırmı – Mirzoyanın cavabı

© Sputnik / Alexey Vitvitsky / Mediabanka keçid
Aİ - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Martın 13-də Avropa Parlamenti Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif edən qətnaməni təsdiqləyib.
BAKI, 15 mart — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Aİ-yə daxil olmaq üçün müraciət etməyi planlaşdırıb-qalmadığı ilə bağlı suala cavab verib.

"Ermənistan ərizə vermək niyyətində olanda birinci siz biləcəksiniz" - Mirzoyan parlamentdə jurnalistlərə bildirib.

Bundan əvvəl Avropa İttifaqının Xarici İşlər üzrə nümayəndəsi Piter Stano bildirmişdi ki, Ermənistan Avropa İttifaqına üzv olmaq üçün müraciət edə bilər.
Martın 13-də Avropa Parlamenti Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif edən qətnaməni təsdiqləyib. Sənədin müəllifi Avropa Xalq Partiyasının fraksiyasıdır.
Sənəddə qeyd edilir ki, əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və davamlı islahatlar yolunu davam etdirsə, demokratiyasını gücləndirsə, o zaman bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər. Avropa Parlamentinin üzvləri Aİ liderlərinə Ermənistana fəal dəstək verməyə çağırıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0