https://sputnik.az/20240315/dtx-adam-ogurlugu-ile-mesgul-olan-pakistan-vetendasini-saxlayib-463272554.html
DTX adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşını saxlayıb
DTX adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşını saxlayıb
Sputnik Azərbaycan
BAKI, 15 mart — Sputnik. Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı müəyyən edilərək saxlanılb. Bu barədə Dövlət Təhlükəsizliyi... 15.03.2024, Sputnik Azərbaycan
2024-03-15T20:03+0400
2024-03-15T20:03+0400
2024-03-15T20:03+0400
dtx
cəmiyyət
pakistan
adam oğurluğu
https://cdnn1.img.sputnik.az/img/42386/71/423867171_0:53:1001:616_1920x0_80_0_0_9e05d09d51583aca5bde062b51779e6f.jpg
BAKI, 15 mart — Sputnik. Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı müəyyən edilərək saxlanılb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilmişdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycan Respublikasına gəlməsinə nail olmuş, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparmış, qollarını və ayaqlarını bağlayaraq orada saxlamış və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb etmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılmış, Şeraz Muhammad Afzal Muhammad isə azad edilmişdir. Həbs olunmuş Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılmışdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42386/71/423867171_54:0:945:668_1920x0_80_0_0_510b475c0ba45fac368d255b5ca31e1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dtx, pakistan, adam oğurluğu
dtx, pakistan, adam oğurluğu
DTX adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşını saxlayıb
BAKI, 15 mart — Sputnik. Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı müəyyən edilərək saxlanılb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilmişdir.
Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycan Respublikasına gəlməsinə nail olmuş, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparmış, qollarını və ayaqlarını bağlayaraq orada saxlamış və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb etmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılmış, Şeraz Muhammad Afzal Muhammad isə azad edilmişdir.
Həbs olunmuş Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılmışdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.