Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqası: Bu gün yarımfinalın son iştirakçıları məlum olacaq

© AFP 2023 / VALERY HACHEÇempionlar Liqasının Kuboku
Çempionlar Liqasının Kuboku - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Almaniya "Bavariya"sı doğma meydanda İngiltərə təmsilçisi "Arsenal"ı qəbul edəcək. Cütün ilk görüşü 2:2 hesablı bərabərliklə bitib.
BAKI, 17 aprel — Sputnik. Bu gün UEFA Çempionlar Liqasında yarımfinala yüksələcək son iki komandanın adına aydınlıq gələcək.
Almaniya "Bavariya"sı doğma meydanda İngiltərə təmsilçisi "Arsenal"ı qəbul edəcək. Cütün ilk görüşü 2:2 hesablı bərabərliklə bitib. Matç saat 23:00-da start götürəcək.
Eyni saatda İngiltərənin turnirdəki digər təmsilçisi "Mançester Siti" İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək. Komandalar arasında Madriddə baş tutan görüş heç-heçə ilə yekunlaşıb - 3:3.
Qeyd edək ki, daha əvvəl PSJ (Fransa) və "Borussiya Dortmund" (Almaniya) komandaları adlarını yarımfinala yazdırıblar.
17.04.24
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
“Barselona” evdə PSJ-ni qəbul edib və 1:4 uduzub, “Atletiko” isə səfərdə "Borussiya"nın qonağı olub və 2:4 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa) 1:4
Qol: Rafinya, 14 - Dembele, 40. Vitinya, 54. Mbappe, 61, 89
Qırmızı: Arauxo, 32
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2.
23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya) 4:2
Qol: Brand, 34. Matsen, 39. Fyulkruq, 71. Zabitser, 74 - Mats Hummels, 49 (ö.q). Korrea, 64
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2.
15.03.24
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib. İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində, həmçinin yarımfinal və finalın potensial rəqibləri bəlli olub.
1/4 final:
"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Atletiko" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
PSJ (Fransa) - "Barselona" (İspaniya)
Yarımfinal:
"Atletiko" - "Borussiya" cütünün qalibi / PSJ - "Barselona" cütünün qalibi
"Arsenal" - "Bavariya" cütünün qalibi / "Real" - "Mançester Siti" cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun "Uembli" stadionunda baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0