Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Baş nazir: "Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir"

© Sputnik / Murad OrujovAzərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Hökəmət başçısı bildirib ki, ortamüddətli dövrdə qeyri-neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır.
BAKI, 15 mart-Sputnik. 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd.dollar təşkil edib (ÜDM-in 95% səviyyəsindədir) və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd.ABŞ dolları olub və ÜDM-in 8,9%-ni təşkil edib:

“Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri-neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır”.

Əli Əsədov qeyd edib ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3.3 mlrd. manat artırılıb ki, bu da nəzərdə tutulan hədəflərə çatmağa imkan verib. Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35.6 mlrd. manat olub ki, bu da 2022-ci illə müqayisədə 4,9 mlrd. manat (və ya 16%) çoxdur.
Baş nazir deyib ki, xərcləri 36,5 mlrd. manat və ya 99,5% səviyyəsində icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4,4 mlrd. manat (və ya 13,7%) çoxdur:
“Eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0