Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Baş nazir: "Ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin edilməsi tarixi hadisədir"

© Sputnik / Murad OrujovMilli Məclis, arxiv
Milli Məclis, arxiv - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Baş nazir deyib ki, hesabat ilində ölkədə 123 mlrd. manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1% çox ümumi daxili məhsul istehsal olunub.
BAKI, 15 mart-Sputnik. "Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətinə 44 günlük Vətən müharibəsində son qoyulduqdan 3 il sonra - 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir qeyd edib ki, bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir: “Məhz 7 fevral tarixində prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilib”.
© Photo : REPORTAzərbaycan Respublikasının Baş Naziri Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov
O bildirib ki, 2023-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu il olub:

"Prezident İlham Əliyev 2024-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində xüsusi olaraq vurğulayıb ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Dövlətimizin başçısı müasir tariximizin yeni dövrünün məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını bildirib və bu gün ölkə qarşısında duran yeni vəzifələri yeni dövrün vəzifələri kimi dəyərləndirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabat dövrü həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf edir. Dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünün “Heydər Əliyev İli”nə təsadüf etməsi olduqca əlamətdardır. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun strateji inkişaf xəttini uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişafın Azərbaycan modelini yaratdı”.

Baş nazir vurğulayıb ki, 2023-cü ili əhatə edən hesabat dövründə də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin edilib.
Baş nazir deyib ki, hesabat ilində ölkədə 123 mlrd. manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub:
"Əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 12,1 min manat təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,7% artıb. Qeyri-neft-qaz sənayesi 8,0% artıb. 2023-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 45 mlrd. ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 9.8% artaraq 3,3 mlrd. dolları üstələyib”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0