Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Baş nazir: Azərbaycanda son dövrlərdə 350 min yeni iş yeri açılıb

© SputnikƏli Əsədov
Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Hökumət başçısı diqqətə çatdırıb ki, 2024-cü ilin ilk iki ayında 23 min yeni iş yeri, 2023-cü ildə isə 65 min yeni iş yeri açılıb.
BAKI, 15 mart — Sputnik. Azərbaycanda son dövrlərdə 350 min yeni iş yeri açılıb. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-ci ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı müzakirələrdən sonra deyib.
Baş nazir diqqətə çatdırıb ki, 2024-cü ilin ilk iki ayında 23 min yeni iş yeri, 2023-cü ildə isə 65 min yeni iş yeri açılıb. O deyib ki, 23 min iş yeri özəl sektora aiddir.
Qeyd edək ki, Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını qəbul edib. Hesabatı Baş nazir Əli Əsədov təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0