https://sputnik.az/20240315/azerbaycan-turkiye-ve-gurcustan-arasinda-beyanname-imzalanib-463266682.html
Azərbaycan, Türkiyə və Gürcüstan arasında bəyannamə imzalanıb
Azərbaycan, Türkiyə və Gürcüstan arasında bəyannamə imzalanıb
Sputnik Azərbaycan
Hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir: 15.03.2024, Sputnik Azərbaycan
2024-03-15T11:35+0400
2024-03-15T11:35+0400
2024-03-15T11:36+0400
sənəd
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0f/463266889_0:117:1280:837_1920x0_80_0_0_7853d80b1179f7737f5898824ae69c39.jpg
BAKI, 15 mart — Sputnik. Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib. O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir: Azərbaycan XİN rəhbəri bildirib ki, Xəzər və Qara dəniz hövzələrində Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağı formalaşıb. Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi artıq bir reallıqdır və çoxsaylı tərəfdaşlara böyük imkan yaradır. XİN başçısı qeyd edib ki, Azərbaycan həm Türkiyə, həm də Gürcüstanda əsas investorlardandır:XİN başçısı vurğulayıb ki, bu gün həm də Ermənistanlla münasibət, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sülh quruculuğu sahəsində Azərbaycanın atdığı addımlar da müzakirə edilib. "Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra sülh üçün tarixi imkan yaranıb". Ceyhun bayramovun sözlərinə görə, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşü təkcə regional məsələləri deyil, həm də qlobal problemləri, eləcə də iqlim problemlərini dərindən müzakirə etmək imkanı yaradır. C.Bayramov əlavə edib ki, 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Nazir üç ölkənin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində iştirak edəcəyinə və regiondakı problemlərin aradan qaldırılması üçün birgə fəaliyyəti davam etdirəcəyinə əminliyini ifadə edib. Heydər Əliyev Mərkəzində Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və İliya Darçiaşvili arasında görüş keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0f/463266889_0:0:1280:960_1920x0_80_0_0_8fe4cee02c16eec5e145c414a4f38fd2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sənəd
Azərbaycan, Türkiyə və Gürcüstan arasında bəyannamə imzalanıb
11:35 15.03.2024 (Yenilənib: 11:36 15.03.2024) Hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir:
BAKI, 15 mart — Sputnik. Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.
O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir:
"Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək".
Azərbaycan XİN rəhbəri bildirib ki, Xəzər və Qara dəniz hövzələrində Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağı formalaşıb.
Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi artıq bir reallıqdır və çoxsaylı tərəfdaşlara böyük imkan yaradır.
XİN başçısı qeyd edib ki, Azərbaycan həm Türkiyə, həm də Gürcüstanda əsas investorlardandır:
"Ölkəmizin tranzit potensialından istifadə edərək daha geniş nəqliyyat qovşaqlarının yaradılması sahəsində də bu gün razılığa gəldik. Yaxın dövrdə yeni və çox ciddi anonslara səbəb olacaq xəbərlərin şahidi olacağıq. Alternativ enerji sahəsində də birgə böyük uğurlara imza atacağıq. COP29 da ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinə imkan yaradır".
XİN başçısı vurğulayıb ki, bu gün həm də Ermənistanlla münasibət, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sülh quruculuğu sahəsində Azərbaycanın atdığı addımlar da müzakirə edilib.
"Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra sülh üçün tarixi imkan yaranıb".
Ceyhun bayramovun sözlərinə görə, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşü təkcə regional məsələləri deyil, həm də qlobal problemləri, eləcə də iqlim problemlərini dərindən müzakirə etmək imkanı yaradır.
"Şübhə yoxdur ki, dünya iqtisadiyyatı indi tədricən ənənəvi enerjidən "yaşıl enerji"yə keçir və bizim baxışımız da gələcəyə doğru yönəlməlidir" - o, vurğulayıb.
C.Bayramov əlavə edib ki, 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Nazir üç ölkənin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində iştirak edəcəyinə və regiondakı problemlərin aradan qaldırılması üçün birgə fəaliyyəti davam etdirəcəyinə əminliyini ifadə edib.
Heydər Əliyev Mərkəzində Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və İliya Darçiaşvili arasında görüş keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.