SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan regionda sülh və sabitliyin əsasını qoyub - Ceyhun Bayramov

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidXarici işlər naziri Ceyhun Bayramov
Xarici işlər naziri Ceyhun Bayramov  - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Nazir Ceyhun Bayramov Azərbaycan Prezidentinin üçtərəfli əməkdaşlıq formatına xüsusi önəm verdiyini vurğulayıb.
BAKI, 15 mart — Sputnik. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin hərbi işğalına son verilməsinin nəticəsi olaraq ötən 4 ildə regional vəziyyətdə tarixi dəyişikliklər meydana gəlib.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının üçtərəfli görüşünün açılış nitqində deyib.
O qeyd edib ki, işğala son verilməsi ilə Azərbaycan regionda sülh və sabitliyin əsasını qoyub.
Ceyhun Bayramov üç ölkə arasındakı uğurlu regional iqtisadi əməkdaşlıq əlaqələrinin olduğunu, regional və qlobal əhəmiyyətli iri iqtisadi layihələrin gerçəkləşdirildiyini, həyata keçirilən layihələrin Şərqlə Qərb arasında ticarət əlaqələrinə töhfə verdiyini vurğulayıb.
Nazir əlavə edib ki, ölkələr arasındakı uğurlu əməkdaşlıq əlaqələri xalqların iradəsini əks etdirir.
Nazir Ceyhun Bayramov Azərbaycan Prezidentinin üçtərəfli əməkdaşlıq formatına xüsusi önəm verdiyini vurğulayıb.

"Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığa xüsusi əhəmiyyət verir" - Ceyhun Bayramov deyib.

Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşü zamanı müzakirə ediləcək məsələləri açıqlayıb. Nazir açılış nitqində qeyd edib ki, XİN başçıları üçtərəfli regional əməkdaşlığa, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal hadisələrə dair fikir mübadiləsi aparacaqlar.
Nazir əlavə edib ki, görüş çərçivəsində ümumi bəyannamə qəbul ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0