CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 14 mart – FOTO

© Sputnik / Elnur Salayev14 mart
14 mart - Sputnik Azərbaycan, 1920, 14.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 14 mart — Sputnik. Martın 14-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 14-də kimlər dünyaya gəlib?
Məmməd Yusif Cəfərov (1885 -1938) - Azərbaycanın siyasi və dövlət xadimi, ADR-in yaradıcılarından biridir.
© Photo : Public domainMəmməd Yusif Hacıbaba oğlu Cəfərov
Məmməd Yusif Hacıbaba oğlu Cəfərov - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Məmməd Yusif Hacıbaba oğlu Cəfərov
Anar Rzayev (1938) - Azərbaycanın xalq yazıçısı və 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. Onun ən məşhur əsərləri "Beşmərtəbəli binanın altıncı mərtəbəsi", "Ağ liman", "Oteldə otaq", "Dantenin yubileyi", "Mən, sən, o və telefon" və s-dir.
© Sputnik / Murad OrujovAnar Rzayev
Народный писатель Азербайджана Анар Рзаев - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Anar Rzayev
İohan Ştraus (1825 – 1899) – avstriyalı bəstəkar, dirijor və skripkaçıdır. O, "vals kralı" kimi tanınan çoxsaylı rəqs əsərlərinin və bir neçə məşhur operettanın müəllifidir.
© AFP 2023 / VLADIMIR SIMICEKİohan Ştrausun heykəli
İohan Ştrausun heykəli - Sputnik Azərbaycan, 1920, 13.03.2024
İohan Ştrausun heykəli
Albert Eynşteyn (1879 - 1955) - isveçrəli, alman və amerikalı nəzəriyyəçi fizik, müasir nəzəri fizikanın yaradıcılarından biridir. O, 1921-ci ildə fizika üzrə "Nobel" mükafatı laureatı olub. Eynşteynin nisbilik nəzəriyyəsi klassik mexanikanı və Nyutonun ümumdünya cazibə qanununu əvəz edərək fizikanın əsaslarını dəyişdirib. "Time" jurnalına görə o, "XX əsrin adamı" adına layiq görülüb.
© AP PhotoAlbert Eynşteyn
Профессор Альберт Эйнштейн в 1941 году - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Albert Eynşteyn
Maykl Keyn (1933) ingilis aktyor, prodüser və yazıçıdır. Keyn uzun karyerası dövründə iki "Oskar" və üç "Qızıl Qlobus" mükafatını qazanaraq yüzdən çox bədii filmdə oynayıb.
© AFP 2023 / ANTHONY HARVEYMaykl Keyn
Maykl Keyn  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Maykl Keyn
Pavel Volya (1979) - rusiyalı artist, teleaparıcı, aktyor, "Comedy Club"un rezidentidir. O, "Qaydasız gülüş", "Mahnılar", "İmprovizasiya" və digər televiziya proqramlarının keçmiş aparıcısıdır.
© Sputnik / Екатерина Чеснокова Pavel Volya

Pavel Volya - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Pavel Volya
Martın 14-də dünyada baş verən tarixi hadisələr
1839-cu ildə həmkarları qarşısında danışan ingilis kimyaçısı Con Herşel ilk dəfə olaraq "fotoqrafiya" terminindən istifadə edib.
1900-cü ildə ABŞ-da Qızıl Standartı haqqında Qanuna əsasən kağız və metal pullar qızılla təmin edilib.
1956-cı ildə Çikaqoda Milli Yayımçılar Assosiasiyasına "Ampex VRX-1000" videomaqnitofonu (sonradan "Mark IV" adlandırılıb) təqdim edilib. Bu, praktiki istifadə üçün uyğunlaşdırılmış ilk videomaqnitafon olub ki, çoxları bunu böyük bir texnoloji irəliləyiş kimi qiymətləndirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0