https://sputnik.az/20240314/rusvetle-dovlet-menzillerini-istifadeye-veren-vezifeli-sexs-baresinde-cinayet-isi-baslandi-463254555.html
Rüşvətlə dövlət mənzillərini istifadəyə verən vəzifəli şəxs barəsində cinayət işi başlandı
Rüşvətlə dövlət mənzillərini istifadəyə verən vəzifəli şəxs barəsində cinayət işi başlandı
Sputnik Azərbaycan
Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla qanunsuz əməllər təsdiqini tapıb. 14.03.2024, Sputnik Azərbaycan
2024-03-14T20:02+0400
2024-03-14T20:02+0400
2024-03-14T20:02+0400
rüşvət
cəmiyyət
baş prokurorluq
baş prokurorluq
qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
cinayət işi
cinayət işi
qanunsuz
qanunsuz əməl
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0e/463254391_0:0:637:358_1920x0_80_0_0_895f80e0dc121f8ff90c7ee9dfb7afe7.png
BAKI, 14 mart — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. O, tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb. Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb. Vurğulanıb ki, ilkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib. Qeyd olunub ki, hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0e/463254391_33:0:566:400_1920x0_80_0_0_3803ff81edaf0f54ef1822c3bdeb89b4.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rüşvət, baş prokurorluq, baş prokurorluq, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, cinayət işi, cinayət işi, qanunsuz, qanunsuz əməl
rüşvət, baş prokurorluq, baş prokurorluq, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, cinayət işi, cinayət işi, qanunsuz, qanunsuz əməl
Rüşvətlə dövlət mənzillərini istifadəyə verən vəzifəli şəxs barəsində cinayət işi başlandı
Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla qanunsuz əməllər təsdiqini tapıb.
BAKI, 14 mart — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. O, tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb. Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb.
Vurğulanıb ki, ilkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Qeyd olunub ki, hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.