https://sputnik.az/20240314/agdas-xestexanasinda-menimseme-ile-bagli-cinayet-isi-baslanib-463242371.html
Ağdaş xəstəxanasında mənimsəmə ilə bağlı cinayət işi başlanıb
Ağdaş xəstəxanasında mənimsəmə ilə bağlı cinayət işi başlanıb
Sputnik Azərbaycan
“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda... 14.03.2024, Sputnik Azərbaycan
2024-03-14T11:37+0400
2024-03-14T11:37+0400
2024-03-14T12:03+0400
cəmiyyət
ağdaş
ağdaş rayonu
xəstəxana
xəstəxana
mənimsəmə
prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424933053_0:60:2000:1185_1920x0_80_0_0_d30d6811d2cec815e3a4b20efed5e6fb.jpg
BAKI, 14 mart - Sputnik. Ağdaş Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.Bu barədə Ağdaş rayon prokurorluğu məlumat yayıb.“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əmək haqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
ağdaş rayonu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424933053_144:0:1921:1333_1920x0_80_0_0_3133ceabeb0f2eed33dea77698a6ffab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağdaş, ağdaş rayonu, xəstəxana, xəstəxana, mənimsəmə, prokurorluq
ağdaş, ağdaş rayonu, xəstəxana, xəstəxana, mənimsəmə, prokurorluq
Ağdaş xəstəxanasında mənimsəmə ilə bağlı cinayət işi başlanıb
11:37 14.03.2024 (Yenilənib: 12:03 14.03.2024) “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
BAKI, 14 mart - Sputnik. Ağdaş Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bu barədə Ağdaş rayon prokurorluğu məlumat yayıb.
“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əmək haqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.