CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahın hava proqnozu

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv
Bakıda yağışlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
BAKI, 13 mart — Sputnik. Martın 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0