NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC-in tələb proqnozu, ABŞ-də ehtiyatların gözlənilmədən azalması nefti bahalaşdırıb

© AFP 2024 / JOE KLAMAROPEC
OPEC - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dünya neft tələbinin 2024-cü ildə gündəlik 2,25 milyon barel, 2025-ci ildə isə 1,85 milyon barel artacağı proqnozunu saxlayıb.
BAKI, 13 mart — Sputnik. Dünya bazarlarında neft qiymətlərində bahalaşma müşahidə edilir. ABŞ-də neft ehtiyatlarında gözlənilməz böyük azalma, OPEC-in isə gələcək illərdə neft tələbində artım proqnozunu saxlaması qiymətləri bahalaşdırıb.
"Brent" markalı neft 0,8% artaraq 82,56 dollar, ABŞ-nin Qərbi Texas nefti 0,8% artaraq 77,88 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 0,8% azalaraq 85,88 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-də neft ehtiyatları gözlənilmədən azalıb. Amerika Neft İnstitutunun məlumatları göstərib ki, ehtiyatlar martın 8-nə kimi həftə ərzində 5,5 milyon barel azalıb. Halbuki 0,4 milyon barel artım gözləntiləri var idi.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dünya neft tələbinin 2024-cü ildə gündəlik 2,25 milyon barel, 2025-ci ildə isə 1,85 milyon barel artacağı proqnozunu saxlayıb. OPEC neft tələbinin artmasını bu il faiz dərəcələrində azalma və qlobal iqtisadi şəraitin yaxşılaşması ilə əlaqələndirib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0