Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Müşavir: "Azərbaycanda mövcud buzlaqların 80 faizini əsrin sonuna qədər itirəcəyik"

© Sputnik / Илья Тимин / Mediabanka keçidQarla örtülmüş dağlar, arxiv
Qarla örtülmüş dağlar, arxiv - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri bildirib ki, Azərbaycan su resursları az olan ölkədir. Buna görə əlimizdə olan şirin su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır.
BAKI, 13 mart — Sputnik. Son 20 ildə Azərbaycanda buzlaqların əriməsi 13 kilometrə çatıb. Nəticədə mövcud buzlaqların 80 faizini əsrin sonuna qədər itirəcəyik.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi ("Baku Water Week") konfransında deyib.
O qeyd edib ki, su ehtiyatlarımızın əsas hissəsi transsərhəd çaylardan asılıdır.
"Azərbaycan su resursları az olan ölkədir. Buna görə əlimizdə olan şirin su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır. Ölkəmizin daxilində şirin su ehtiyatlarının 90 faizi Böyük və Kiçik Qafqaz dağlarının hesabına formalaşır" - o, qeyd edib.
Qeyd edək ki, martın 12-14-də Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi təşkil edilir.
Bu sahənin Azərbaycanda bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə, 2024-cü ildə Bakı həm ölkəmiz, həm də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, ölkəmizdə belə bir tədbirin təşkili təqdirəlayiq haldır. Qeyd edib ki, bu tədbir mütəxəssislərə, hökumət təşkilatlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araşdırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq.
Onun sözlərinə görə, su təsərrüfatı sahəsində beynəlxalq tədbirin keçirilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yaradacaq, həmçinin yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi ilə yadda qalacaq. Z.Mikayılov əlavə edib ki, ölkəmizdə COP29 kimi önəmli tədbirin keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın ətraf mühitlə bağlı reallaşdırdığı mühüm tədbirləri dəyərləndirməsinin göstəricisidir.
Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, İsveçrə, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0