DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Maduro Roma Papasını təhqir edən Zelenskini təlxək adlandırıb

© AP Photo / Burhan OzbiliciVenesuela Prezidenti Nikolas Maduro, arxiv
Venesuela Prezidenti Nikolas Maduro, arxiv - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Vladimir Zelenski Roma Papası Fransiskin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüsünə cavab verərək, pontifikin "virtual vasitəçilik"lə məşğul olduğunu bildirib.
BAKI, 13 mart — Sputnik. Venesuela Prezidenti Nikolas Maduro Papa Fransiski təhqir edən Ukrayna lideri Vladimir Zelenskini Venesuelanın keçmiş müvəqqəti lideri Xuan Quaydo kimi "öz xalqı üçün zərərli məğlub olmuş təlxək"lə müqayisə edib.
Bunu o, "Venezolana de Television" telekanalındakı çıxışı zamanı bəyan edib.
"Zelenski getdikcə daha çox Quaydoya bənzəyir. Eyni təlxək, Quaydo qədər kobud və məğlub, Quaydo qədər xalqı üçün zərərlidir" - o, "Venezolana de Television"da söyləyib.
Maduro Papanın mesajını təkrarlayaraq, Venesuelanın onun Ukrayna ilə bağlı sülh çağırışlarını ürəkdən dəstəklədiyini bildirib. O, iki il əvvəl başlayan münaqişədə Kiyevin aşkar məğlubiyyətini də vurğulayıb.
"Mən Papa Fransiskin bildiklərinin çoxunu bilirəm. O isə bilir ki, bütün Ukrayna məsələsi böyük təxribat idi və sülh danışıqlarının vaxtı çatıb" - prezident sözünü yekunlaşdırıb.
Xatırladaq ki, Vladimir Zelenski Roma Papası Fransiskin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüsünə cavab verərək, pontifikin "virtual vasitəçilik"lə məşğul olduğunu bildirib.
Xəbər lenti
0