https://sputnik.az/20240313/kasib-tehsil-ocaqlarinda-bahali-xidmet-bir-mektebin-muhafizesi-neceye-basa-gelir-463199692.html
Kasıb təhsil ocaqlarında bahalı xidmət: Bir məktəbin mühafizəsi neçəyə başa gəlir?
Kasıb təhsil ocaqlarında bahalı xidmət: Bir məktəbin mühafizəsi neçəyə başa gəlir?
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən bildirilib ki, bütün məktəblərə siqnalizasiya qurğuları quraşdırılıb, hər hansı təhlükəli hadisə baş... 13.03.2024, Sputnik Azərbaycan
2024-03-13T09:33+0400
2024-03-13T09:33+0400
2024-03-13T09:33+0400
məktəb
cəmiyyət
dtx
mühafizə
terror
polis
kamran əsədov
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461313112_0:42:2236:1300_1920x0_80_0_0_ed8d3c1c89b2e622748362aadaaa21f1.jpg
BAKI, 13 mart — Sputnik. Bakıda məktəblərdə terror hadisəsinin törədiləcəyi barədə ötən gün sosial şəbəkələrdə yayılmış məlumat məktəblərin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. Sputnik Azərbaycan məktəblərin necə mühafizə olunduğunu araşdırıb. Məlum olub ki, paytaxtdakı ümumtəhsil müəssisələrinin mütləq əksəriyyətini texniki işçilər qoruyur. Az sayda məktəbdə stasionar polis postları təşkil olunub. Bakının 53 saylı məktəbinin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a bildirib ki, təhsil müəssisəsinin mühafizəsi öz texniki işçiləri tərəfindən təmin olunur. Bundan əlavə, məktəbdə müəllimlər növbətçi təyin edilir. Bununla belə, direktor məktəbin peşəkar mühafizəsinin tərəfdarıdır. O, bildirib ki, məktəb polis əməkdaşı tərəfindən mühafizə edilsə, daha yaxşı olar: "Lakin məktəbin polis mühafizəsinə ayırmağa vəsaiti yoxdur. Bununla belə, dünən yayılan məlumatdan sonra böyük məktəblərin əksəriyyətinə polislər təhkim edilib. Çox yaxşı olardı ki, şagird sayı çox olan məktəblərin mühafizəsi polislər tərəfindən həyata keçirilsin".Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, bütün məktəblərə siqnalizasiya qurğuları quraşdırılıb. Hər hansı təhlükəli hadisə baş verərsə, dərhal polis məntəqələri bundan xəbərdar olur. O ki, qaldı məktəblərin peşəkar mühafizəsinə, İdarədən bunun ödənişlə təmin edildiyini bildirdilər. Məktəblərin DİN-in Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizəsi təhsil müəssisələrinə elə də ucuz başa gəlmir. Mühafizə hissələri tərəfindən göstərilən xidmətlərin tarifi belədir - bir məktəbin ay ərzində stasionar polis postu ilə 24 saat mühafizəsi 5500-6000 manata başa gəlir. Bakıda yerləşən məktəblərdə stasionar polis postunun bir sutkası üçün aylıq ödəniş məbləği 6710 manat 31 qəpik təşkil edir. Polis mühafizəsinin bir saatının qiyməti 7 manat 79 qəpikdir. Stasionar mülki mühafizənin bir saatı isə 6 manat 33 qəpikdən hesablanır. Bu isə 24 saat mühafizə üçün 5453 manat deməkdir. Bölgələr üçün qiymətlər fərqlidir. Məktəblərin özəl mühafizə xidməti tərəfindən qorunmasının qiyməti isə bir mühafizəçi üçün 650 manatdır. "Qartal Security" mühafizə xidmətindən bildirdilər ki, bir postda üç nəfər keşik çəkməlidir. Bu zaman məktəb 18 faiz ƏDV daxil 726 manat ödəməlidir. Amma mühafizəçilərə silah verilmir. Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır. "Etiraf edək ki, bütün məktəblərin mühafizəsi mümkün deyil. Təhsil müəssisələrinin hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri, özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edirlər. Qanunvericilik aktlarına uyğun olaraq, orta məktəblərin mühafizəsi ilə bağlı Elm və Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb" - Əsədov deyib. O əlavə edib ki, bir çox ümumi təhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar. Ekspertin sözlərin görə, nə 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunda, nədə ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə məktəblərin mühafizəsi ilə bağlı hər hansı məsələ göstərilməyib. Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır. Odur ki, Azərbaycanda məktəblərin mühafizəsi yüksək səviyyədə deyil. Buna görə də məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçilməlidir: "Bu gün məktəbləri tədaüqdçü nənə və babalar mühafizə edirlər. Onlar yalnız şagirdlərin dərs zamanı çölə çıxmasına və valideyinlərin məktəbə daxil olmasına maneə olurlar. Lakin onların məktəb kontingentini baş verəcək hansısa hadisədən mühafizə etmək gücü yoxdur. Təklif edirəm ki, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsin. Bir neçə yaxın məktəbə o polis dəstələri nəzarət etsin. Həmçinin məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunsun. Növbətçi müəllimlər məktəblərdə nizam-intizama nəzarət etməlidir. Hər mərtəbədə bir növbətçi müəllimin olması vacibdir. Bununla yanaşı, məktəbin qapısında da işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanları sorğu-sual etməlidirlər. Kimi gəldi, məktəbə buraxmaq olmaz! Buna heç qanunvericilik də icazə vermir". Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəblərdə terror hadisəsinin törədiləcəyi barədə yayılmış məlumatla bağlı valideynləri narahat olmamağa səsləyib. Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır. "Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq" - deyə məlumatda bildirilir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti də bu barədə press-reliz yayıb. Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur. Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapıb. Xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalının ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər tərəfindən yaradıldığı məlum olub. Onların Azərbaycanla heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.Həmçinin eyniadlı "Telegram" səhifəsində yerləşdirilən, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin martın 12-də çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilib."Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk" - DTX-nın məlumatında deyilir.Qeyd edək ki, dünən axşam saatlarında teleqram kanalında Bakıda ümumtəhsil müəssisələrində terror hadisəsinin olacağı barədə məlumatlar yayılıb. Bu xəbər valideynlərin ciddi narahatlığına səbəb olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461313112_224:0:2012:1341_1920x0_80_0_0_5abafd8729e8ba7b29496fd1f4547ff6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, dtx, mühafizə, terror, polis, kamran əsədov
məktəb, dtx, mühafizə, terror, polis, kamran əsədov
Kasıb təhsil ocaqlarında bahalı xidmət: Bir məktəbin mühafizəsi neçəyə başa gəlir?
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən bildirilib ki, bütün məktəblərə siqnalizasiya qurğuları quraşdırılıb, hər hansı təhlükəli hadisə baş verərsə, dərhal polis məntəqələri bundan xəbərdar olur.
BAKI, 13 mart — Sputnik. Bakıda məktəblərdə terror hadisəsinin törədiləcəyi barədə ötən gün sosial şəbəkələrdə yayılmış məlumat məktəblərin mühafizəsi məsələsini yenidən gündəmə gətirib.
Sputnik Azərbaycan məktəblərin necə mühafizə olunduğunu araşdırıb. Məlum olub ki, paytaxtdakı ümumtəhsil müəssisələrinin mütləq əksəriyyətini texniki işçilər qoruyur. Az sayda məktəbdə stasionar polis postları təşkil olunub.
Bakının 53 saylı məktəbinin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a bildirib ki, təhsil müəssisəsinin mühafizəsi öz texniki işçiləri tərəfindən təmin olunur. Bundan əlavə, məktəbdə müəllimlər növbətçi təyin edilir. Bununla belə, direktor məktəbin peşəkar mühafizəsinin tərəfdarıdır. O, bildirib ki, məktəb polis əməkdaşı tərəfindən mühafizə edilsə, daha yaxşı olar:
"Lakin məktəbin polis mühafizəsinə ayırmağa vəsaiti yoxdur. Bununla belə, dünən yayılan məlumatdan sonra böyük məktəblərin əksəriyyətinə polislər təhkim edilib. Çox yaxşı olardı ki, şagird sayı çox olan məktəblərin mühafizəsi polislər tərəfindən həyata keçirilsin".
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, bütün məktəblərə siqnalizasiya qurğuları quraşdırılıb. Hər hansı təhlükəli hadisə baş verərsə, dərhal polis məntəqələri bundan xəbərdar olur.
O ki, qaldı məktəblərin peşəkar mühafizəsinə, İdarədən bunun ödənişlə təmin edildiyini bildirdilər. Məktəblərin DİN-in Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizəsi təhsil müəssisələrinə elə də ucuz başa gəlmir. Mühafizə hissələri tərəfindən göstərilən xidmətlərin tarifi belədir - bir məktəbin ay ərzində stasionar polis postu ilə 24 saat mühafizəsi 5500-6000 manata başa gəlir.
Bakıda yerləşən məktəblərdə stasionar polis postunun bir sutkası üçün aylıq ödəniş məbləği 6710 manat 31 qəpik təşkil edir. Polis mühafizəsinin bir saatının qiyməti 7 manat 79 qəpikdir. Stasionar mülki mühafizənin bir saatı isə 6 manat 33 qəpikdən hesablanır. Bu isə 24 saat mühafizə üçün 5453 manat deməkdir. Bölgələr üçün qiymətlər fərqlidir.
Məktəblərin özəl mühafizə xidməti tərəfindən qorunmasının qiyməti isə bir mühafizəçi üçün 650 manatdır. "Qartal Security" mühafizə xidmətindən bildirdilər ki, bir postda üç nəfər keşik çəkməlidir. Bu zaman məktəb 18 faiz ƏDV daxil 726 manat ödəməlidir. Amma mühafizəçilərə silah verilmir.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır.
"Etiraf edək ki, bütün məktəblərin mühafizəsi mümkün deyil. Təhsil müəssisələrinin hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri, özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edirlər. Qanunvericilik aktlarına uyğun olaraq, orta məktəblərin mühafizəsi ilə bağlı Elm və Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb" - Əsədov deyib.
O əlavə edib ki, bir çox ümumi təhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar.
Ekspertin sözlərin görə, nə 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunda, nədə ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə məktəblərin mühafizəsi ilə bağlı hər hansı məsələ göstərilməyib. Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır. Odur ki, Azərbaycanda məktəblərin mühafizəsi yüksək səviyyədə deyil. Buna görə də məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçilməlidir:
"Bu gün məktəbləri tədaüqdçü nənə və babalar mühafizə edirlər. Onlar yalnız şagirdlərin dərs zamanı çölə çıxmasına və valideyinlərin məktəbə daxil olmasına maneə olurlar. Lakin onların məktəb kontingentini baş verəcək hansısa hadisədən mühafizə etmək gücü yoxdur. Təklif edirəm ki, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsin. Bir neçə yaxın məktəbə o polis dəstələri nəzarət etsin. Həmçinin məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunsun. Növbətçi müəllimlər məktəblərdə nizam-intizama nəzarət etməlidir. Hər mərtəbədə bir növbətçi müəllimin olması vacibdir. Bununla yanaşı, məktəbin qapısında da işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanları sorğu-sual etməlidirlər. Kimi gəldi, məktəbə buraxmaq olmaz! Buna heç qanunvericilik də icazə vermir".
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəblərdə terror hadisəsinin törədiləcəyi barədə yayılmış məlumatla bağlı valideynləri narahat olmamağa səsləyib. Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.
"Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq" - deyə məlumatda bildirilir.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti də bu barədə press-reliz yayıb. Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur. Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapıb. Xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalının ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər tərəfindən yaradıldığı məlum olub. Onların Azərbaycanla heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Həmçinin eyniadlı "Telegram" səhifəsində yerləşdirilən, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin martın 12-də çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilib.
"Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk" - DTX-nın məlumatında deyilir.
Qeyd edək ki, dünən axşam saatlarında teleqram kanalında Bakıda ümumtəhsil müəssisələrində terror hadisəsinin olacağı barədə məlumatlar yayılıb. Bu xəbər valideynlərin ciddi narahatlığına səbəb olub.