https://sputnik.az/20240313/elahidde-umumqosun-orduda-komandir-hazirligi-sisteminde-toplanti-kecirilib---vdeo-463215353.html
Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı sistemində toplantı keçirilib - VİDEO
Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı sistemində toplantı keçirilib - VİDEO
Sputnik Azərbaycan
Komandir hazırlığı toplantısına cəlb edilmiş zabit heyətinin fiziki və sıra hazırlığından praktiki bacarıqları yoxlanılıb, rəhbəredici sənədlər və... 13.03.2024, Sputnik Azərbaycan
2024-03-13T13:39+0400
2024-03-13T13:39+0400
2024-03-13T13:39+0400
müdafiə nazirliyi
hərbi
müşavirə
toplantı
əlahiddə ümumqoşun ordu
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463215189_0:29:1001:592_1920x0_80_0_0_10397694773554ee0489b9886761b9e7.jpg
BAKI, 13 mart — Sputnik. Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində toplantı keçirilib. Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, zabitlərin nəzəri biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən toplantıda əsas diqqət taktiki, kəşfiyyat, atəş, fiziki və sıra hazırlığından məşğələlərin planlaşdırılaraq keçirilməsinə yönəldilib. Məşğələlərdə zabitlərlə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər, pilotsuz uçuş aparatları və kiçik ölçülü kvadrokopterlərə qarşı mübarizədə nələrə diqqət yönəldilməlidir kimi suallar işlənilib. Komandir hazırlığı toplantısına cəlb edilmiş zabit heyətinin fiziki və sıra hazırlığından praktiki bacarıqları yoxlanılıb, rəhbəredici sənədlər və topoqrafiyadan məqbullar qəbul edilib. Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib. Xatırladaq ki, bundan öncə cari ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə "Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması" mövzusunda keçirilən taktiki-xüsusi təlimdə müxtəlif fəaliyyətlər icra edilib. Təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirərək əməliyyat rayonunun dərinliyinə sızıb, şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Həmçinin yüksək dağlıq və çətin keçilən ərazilərdə, eləcə də sərt enişlərdə, sıldırım yamaclarda dağçılıq ləvazimatlarından istifadə etməklə hərəkət qaydaları məşq etdirilib. Taktiki təlimdə snayperlər fərdi və cütlük şəklində hərəkət, atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərə atəşaçma tapşırıqlarını da müvəffəqiyyətlə icra ediblər. Bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463215189_86:0:914:621_1920x0_80_0_0_11ff345d35d727fd77ea682b8e0e1f8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, müşavirə, toplantı, əlahiddə ümumqoşun ordu
müdafiə nazirliyi, müşavirə, toplantı, əlahiddə ümumqoşun ordu
Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı sistemində toplantı keçirilib - VİDEO
Komandir hazırlığı toplantısına cəlb edilmiş zabit heyətinin fiziki və sıra hazırlığından praktiki bacarıqları yoxlanılıb, rəhbəredici sənədlər və topoqrafiyadan məqbullar qəbul edilib.
BAKI, 13 mart — Sputnik. Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində toplantı keçirilib.
Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, zabitlərin nəzəri biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən toplantıda əsas diqqət taktiki, kəşfiyyat, atəş, fiziki və sıra hazırlığından məşğələlərin planlaşdırılaraq keçirilməsinə yönəldilib.
Məşğələlərdə zabitlərlə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər, pilotsuz uçuş aparatları və kiçik ölçülü kvadrokopterlərə qarşı mübarizədə nələrə diqqət yönəldilməlidir kimi suallar işlənilib.
Komandir hazırlığı toplantısına cəlb edilmiş zabit heyətinin fiziki və sıra hazırlığından praktiki bacarıqları yoxlanılıb, rəhbəredici sənədlər və topoqrafiyadan məqbullar qəbul edilib.
Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.
Xatırladaq ki, bundan öncə cari ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə "Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması" mövzusunda keçirilən taktiki-xüsusi təlimdə müxtəlif fəaliyyətlər icra edilib.
Təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirərək əməliyyat rayonunun dərinliyinə sızıb, şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Həmçinin yüksək dağlıq və çətin keçilən ərazilərdə, eləcə də sərt enişlərdə, sıldırım yamaclarda dağçılıq ləvazimatlarından istifadə etməklə hərəkət qaydaları məşq etdirilib.
Taktiki təlimdə snayperlər fərdi və cütlük şəklində hərəkət, atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərə atəşaçma tapşırıqlarını da müvəffəqiyyətlə icra ediblər.
Bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.