NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın qaz hasilatı artıb - 4,1 milyard kubmetr xaricə qaz satılıb - CƏDVƏL

© AFP 2024 / ASAAD NIAZIQaz hasilatı, arxiv
Qaz hasilatı, arxiv - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Cari ilin yanvar-fevral aylarında Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb.
BAKI, 13 mart — Sputnik. Bu ilin yanvar-fevral aylarında respublikada 8,2 milyard kubmetr təbii qaz hasil edilib. Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, qazın 2,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 4,5 milyard kubmetri "Şahdəniz", 0,3 milyard kubmetri "Abşeron", 1,3 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 240 milyon kubmetr artımla qaz hasil edilib.
Xaricə qaz satışı dəyişməyib
Bu dövrdə xaricə qaz satışı 4,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir. Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb.
© Photo : Ministry of Energy of Azerbaijan2024-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda qaz hasilatı
2024-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda qaz hasilatı - Sputnik Azərbaycan, 1920, 13.03.2024
2024-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda qaz hasilatı
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 mart 2024-cü il tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 218,5 milyard kubmetr, "Şahdəniz"dən isə 213,6 milyard kubmetr qaz hasil edilib.
Neft hasilatı
Bu ilin yanvar-fevral ayları üzrə ölkədə 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 2,7 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 0,7 milyon tonu (kondensat) "Şahdəniz"in, 96 min tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
İki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5 milyon tonu isə SOCAR-ın payına düşüb.
© Photo : Ministry of Energy of Azerbaijan2024-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda neft hasilatı
2024-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda neft hasilatı - Sputnik Azərbaycan, 1920, 13.03.2024
2024-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda neft hasilatı
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək 632,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 587,5 milyon ton neft, "Şahdəniz"dən isə 45,2 milyon tona yaxın kondensat çıxarılıb.
Ölkədə neftin emalı 1,1 milyon tona yaxın təşkil edib.
Xatırladaq ki, ötən il ərzində respublikada 48,3 milyard kubmetr təbii qaz hasil edilib. 2022-ci ilə nisbətən 3,2 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
2023-cü il ərzində ölkədə 30,2 milyon ton neft hasil edilib. Bu dövrdə 25,2 milyon ton neft ixraca nəql olunub.
Ekspertlərin fikrincə, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki bizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0