https://sputnik.az/20240313/azerbaycan-ve-xorvatiya-alternativ-enerji-sahesinde-emekdasligi-muzakire-edib-463232604.html
Azərbaycan və Xorvatiya alternativ enerji sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Xorvatiya alternativ enerji sahəsində əməkdaşlığı müzakirə edib
Sputnik Azərbaycan
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar ayında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb. 13.03.2024, Sputnik Azərbaycan
2024-03-13T22:06+0400
2024-03-13T22:06+0400
2024-03-13T22:06+0400
xorvatiya
iqtisadiyyat
mikayıl cabbarov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440787629_0:9:3073:1737_1920x0_80_0_0_7e378b61ada37900b964267df3c521f3.jpg
BAKI, 13 mart — Sputnik. Azərbaycan və Xorvatiya iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib. İqtisadiyyat Nazirliyindən bildiriblər ki, bu müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında keçirilən görüşdə aparılıb. M.Cabbarovun Damir Habijan ilə görüşündə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulanıb. Qeyd edilib ki, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün məqsədyönlü təşəbbüslər həyata keçirilir.Qarşılıqlı işgüzar səfərlər, biznes dairələri arasında əlaqələrin genişlənməsi iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar ayında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb. Xorvatiya ilə ticarət, investisiya, sənaye, bərpa olunan enerji, minatəmizləmə, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var. Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılmış imkanlar, işğaldan azad olunmuş ərazilərimizin biznes potensialı haqqında məlumat verilib, xorvatiyalı sərmayədarlar ölkəmizdəki biznes fürsətlərindən yararlanmağa dəvət edilib. Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini, tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini qeyd edib. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır. Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiyaların və ticarətin təşviqi, alternativ enerji və sənaye üzrə əməkdaşlıq, həmçinin işgüzar dairələr arasında işbirliyinin gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440787629_0:0:2731:2048_1920x0_80_0_0_8a2f97944744a9a9e5fb67db22f03aa9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xorvatiya, mikayıl cabbarov, azərbaycan
xorvatiya, mikayıl cabbarov, azərbaycan
Azərbaycan və Xorvatiya alternativ enerji sahəsində əməkdaşlığı müzakirə edib
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar ayında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb.
BAKI, 13 mart — Sputnik. Azərbaycan və Xorvatiya iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib. İqtisadiyyat Nazirliyindən bildiriblər ki, bu müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında keçirilən görüşdə aparılıb.
M.Cabbarovun Damir Habijan ilə görüşündə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulanıb. Qeyd edilib ki, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün məqsədyönlü təşəbbüslər həyata keçirilir.
Qarşılıqlı işgüzar səfərlər, biznes dairələri arasında əlaqələrin genişlənməsi iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar ayında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb. Xorvatiya ilə ticarət, investisiya, sənaye, bərpa olunan enerji, minatəmizləmə, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var.
Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılmış imkanlar, işğaldan azad olunmuş ərazilərimizin biznes potensialı haqqında məlumat verilib, xorvatiyalı sərmayədarlar ölkəmizdəki biznes fürsətlərindən yararlanmağa dəvət edilib.
Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini, tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini qeyd edib. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır.
Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiyaların və ticarətin təşviqi, alternativ enerji və sənaye üzrə əməkdaşlıq, həmçinin işgüzar dairələr arasında işbirliyinin gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.