https://sputnik.az/20240313/73-manatliq-derman-evezine-olkeye-230-manatliq-derman-getirilir---deputat-463224521.html
"73 manatlıq dərman əvəzinə ölkəyə 230 manatlıq dərman gətirilir" - Deputat
"73 manatlıq dərman əvəzinə ölkəyə 230 manatlıq dərman gətirilir" - Deputat
Sputnik Azərbaycan
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Sincardi" dərman vasitəsiylə bağlı problem qaldırılıb. 13.03.2024, Sputnik Azərbaycan
2024-03-13T13:17+0400
2024-03-13T13:17+0400
2024-03-13T13:49+0400
cəmiyyət
dərman
deputat
diabet
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449961175_0:165:3055:1883_1920x0_80_0_0_ba4a602ff5c3d894fd8d53473724d989.jpg
BAKI, 13 mart — Sputnik. "Bir qutusu 73 manata olan "Sincardi" dərmanı artıq ölkəyə gəlmir. Onun əvəzinə ölkəyə gətirdikləri dərman isə 230 manatdır. Yəni vətəndaş 73 manat əvəzinə 230 manat verib, özünə dərman almalıdır?! Bunun qarşısını almaq lazımdır". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib. Deputat bildirib ki, bundan öncə başqa dərmanla da bağlı çıxış edib: "O məsələ həll olunmuşdu. Biz yenə də bu məsələlərdə insanlara kömək etməliyik. Bilmirəm, burada hansı şirkətlər oyunlar oynayır. Bir dərman əvəzinə 3 dəfə baha olan dərman gətirib satırlar". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, bu hadisələrin baş verməməsi üçün işlər görülür. Qeyd edək ki, "Sincardi" diabet xəstələri üçündür. İnsulindən asılı olmayan diabet xəstələrində qlikemik indeksə nəzarəti yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Qlikemik indeks karbohidrat ehtiva edən qidaların orqanizmdə qan şəkərini nə qədər artırdığını təyin edən ölçüdür. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449961175_162:0:2893:2048_1920x0_80_0_0_0e3d4c9bb78089feadb9b382c033b014.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dərman, deputat, diabet
"73 manatlıq dərman əvəzinə ölkəyə 230 manatlıq dərman gətirilir" - Deputat
13:17 13.03.2024 (Yenilənib: 13:49 13.03.2024) Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Sincardi" dərman vasitəsiylə bağlı problem qaldırılıb.
BAKI, 13 mart — Sputnik. "Bir qutusu 73 manata olan "Sincardi" dərmanı artıq ölkəyə gəlmir. Onun əvəzinə ölkəyə gətirdikləri dərman isə 230 manatdır. Yəni vətəndaş 73 manat əvəzinə 230 manat verib, özünə dərman almalıdır?! Bunun qarşısını almaq lazımdır".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, bundan öncə başqa dərmanla da bağlı çıxış edib: "O məsələ həll olunmuşdu. Biz yenə də bu məsələlərdə insanlara kömək etməliyik. Bilmirəm, burada hansı şirkətlər oyunlar oynayır. Bir dərman əvəzinə 3 dəfə baha olan dərman gətirib satırlar".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, bu hadisələrin baş verməməsi üçün işlər görülür.
Qeyd edək ki, "Sincardi" diabet xəstələri üçündür. İnsulindən asılı olmayan diabet xəstələrində qlikemik indeksə nəzarəti yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Qlikemik indeks karbohidrat ehtiva edən qidaların orqanizmdə qan şəkərini nə qədər artırdığını təyin edən ölçüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.