DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zaporojye AES-in kollektivi öz işini görür - Rafael Qrossi

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidZaporojye AES-in binası
Zaporojye AES-in binası - Sputnik Azərbaycan, 1920, 12.03.2024
Abunə olmaq
MAQATE-nin baş direktoru Rafael Qrossi fevralda stansiyaya baş çəkdikdən sonra Zaporojye AES-in texniki vəziyyətindən və kadrların ixtisasından razıdır.
BAKI, 12 mart — Sputnik. Zaporojye AES-də olan işçilər öz işlərinin öhdəsindən gəlirlər.
Bunu MAQATE-nin baş direktoru Rafael Qrossi "Reyter" agentliyinə müsahibəsində bildirib.
Qrossi müsahibəsində "Vəziyyət uzunmüddətli perspektivdə dayanıqlı deyil. Eyni zamanda, hazırkı bağlanma vəziyyətində mövcud heyət öz işini görə bilər" deyib.
Bundan əvvəl Zaporojye Atom Elektrik Stansiyasının direktoru Yuri Çerniçuk bildirmişdi ki, Qrossi fevralda stansiyaya baş çəkdikdən sonra Zaporojye AES-in texniki vəziyyətindən və kadrların ixtisasından razıdır.
Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyası Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Ukrayna Zaporojya AES-i qəsdən atəşə tutmaqda və təxribatlar təşkil etməkdə davam edir. Fevralın sonunda Zaporojye AES-in bütün blokları bağlanıb. Onlardan beşi "soyuq dayanacaq" vəziyyətində, biri "isti dayanacaq" vəziyyətində olub. Avadanlıq radiasiya təhlükəsizliyi standartlarına ciddi nəzarət altında bütün lazımi qaydalara uyğun saxlanılır.
Xəbər lenti
0