https://sputnik.az/20240312/pasinyan-niyyetini-aciqladi-a-missiyasinin-muddeti-iki-il-uzadila-biler-463199232.html
Paşinyan niyyətini açıqladı: Aİ missiyasının müddəti iki il uzadıla bilər
Paşinyan niyyətini açıqladı: Aİ missiyasının müddəti iki il uzadıla bilər
Sputnik Azərbaycan
Baş nazir bildirib ki, Ermənistanın Aİ ilə əməkdaşlığının gündəliyi çox genişdir və İrəvan bu əməkdaşlığı dərinləşdirməyə hazırdır. 12.03.2024, Sputnik Azərbaycan
2024-03-12T19:55+0400
2024-03-12T19:55+0400
2024-03-12T19:55+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
mariya zaxarova
avropa ittifaqı
ermənistan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135892_0:0:3072:1728_1920x0_80_0_0_981ca1572669ac4c1be7e1b906586b52.jpg
BAKI, 12 mart — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində Aİ müşahidəçilərinin mandatının daha iki il müddətinə uzadılmasının mümkünlüyünü bildirib. İrəvanda keçirdiyi mətbuat konfransında Paşinyan bildirib ki, Ermənistanın Aİ ilə əməkdaşlığının gündəliyi çox genişdir və İrəvan bu əməkdaşlığı dərinləşdirməyə hazırdır. O hesab edir ki, ikitərəfli münasibətlərin inkişafının bəzi təzahürləri viza rejiminin liberallaşdırılması, İrəvana güzəştli ticarət şəraitinin təmin edilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar ola bilər. "Aİ-nin Ermənistan-Azərbaycan sərhədində mülki müşahidə missiyasının imkanlarının genişləndirilməsi, həmçinin avropalı müşahidəçilərin mandatının daha iki il müddətinə uzadılması mümkündür", - Paşinyan bildirib. O xatırladıb ki, hazırkı mandat da iki il müddətinə təsdiq edilib. 2023-cü il fevralın 20-də Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində mülki missiyaya başlayıb. Əvvəlcə missiyanın ümumi mülki heyətinin sayı təxminən 100 nəfər nəzərdə tutulmuşdu ki, onların da təxminən 50-si silahsız müşahidəçi idi. Dekabrda Aİ ölkələrinin xarici işlər nazirləri heyətin sayını 209 nəfərə çatdırmaq qərarına gəliblər. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva Aİ-nin Ermənistanda möhkəmlənmək istəyini sırf geosiyasi motiv kimi görür və Cənubi Qafqazda münasibətlərin gerçək normallaşması niyyətindən uzaqdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135892_145:0:2876:2048_1920x0_80_0_0_6b90abee642d4b2acb463c8298931227.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistanın baş naziri nikol paşinyan, mariya zaxarova, avropa ittifaqı, ermənistan, nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan, mariya zaxarova, avropa ittifaqı, ermənistan, nikol paşinyan
Paşinyan niyyətini açıqladı: Aİ missiyasının müddəti iki il uzadıla bilər
Baş nazir bildirib ki, Ermənistanın Aİ ilə əməkdaşlığının gündəliyi çox genişdir və İrəvan bu əməkdaşlığı dərinləşdirməyə hazırdır.
BAKI, 12 mart — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində Aİ müşahidəçilərinin mandatının daha iki il müddətinə uzadılmasının mümkünlüyünü bildirib.
İrəvanda keçirdiyi mətbuat konfransında Paşinyan bildirib ki, Ermənistanın Aİ ilə əməkdaşlığının gündəliyi çox genişdir və İrəvan bu əməkdaşlığı dərinləşdirməyə hazırdır. O hesab edir ki, ikitərəfli münasibətlərin inkişafının bəzi təzahürləri viza rejiminin liberallaşdırılması, İrəvana güzəştli ticarət şəraitinin təmin edilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar ola bilər.
"Aİ-nin Ermənistan-Azərbaycan sərhədində mülki müşahidə missiyasının imkanlarının genişləndirilməsi, həmçinin avropalı müşahidəçilərin mandatının daha iki il müddətinə uzadılması mümkündür", - Paşinyan bildirib.
O xatırladıb ki, hazırkı mandat da iki il müddətinə təsdiq edilib.
2023-cü il fevralın 20-də Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində mülki missiyaya başlayıb. Əvvəlcə missiyanın ümumi mülki heyətinin sayı təxminən 100 nəfər nəzərdə tutulmuşdu ki, onların da təxminən 50-si silahsız müşahidəçi idi. Dekabrda Aİ ölkələrinin xarici işlər nazirləri heyətin sayını 209 nəfərə çatdırmaq qərarına gəliblər.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva Aİ-nin Ermənistanda möhkəmlənmək istəyini sırf geosiyasi motiv kimi görür və Cənubi Qafqazda münasibətlərin gerçək normallaşması niyyətindən uzaqdır.