Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Oman körfəzində Rusiya, İran və Çin arasında hərbi dəniz təlimləri başlayıb

© AFP 2024 / KIRILL KUDRYAVTSEVRusiya HDQ, arxiv
Rusiya HDQ, arxiv - Sputnik Azərbaycan, 1920, 12.03.2024
Abunə olmaq
Təlim zamanı üç ölkənin hərbi gəmiləri birgə manevrlər edəcək, yerüstü və hava hədəflərinə atəş açacaq, həmçinin dəniz quldurları tərəfindən ələ keçirilmiş gəminin azad edilməsi elementlərini məşq edəcək.
BAKI, 12 mart — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələri, İran Hərbi Dəniz Qüvvələri və Çin gəmiləri Oman körfəzində "Dəniz təhlükəsizlik kəməri 2024" adlı birgə təlimlərə başlayıb, təlim zamanı dəniz quldurları tərəfindən zəbt edilən gəminin azad edilməsi məşq ediləcək. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının mühafizəçi raket kreyseri "Varyaq" və freqat marşal Şapoşnikovdan ibarət gəmi qrupu İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və Çin donanması ilə "Dəniz təhlükəsizlik kəməri 2024" birgə beynəlxalq hərbi dəniz təliminin praktiki tapşırıqlarını yerinə yetirməyə başlayıb. ", - deyə məlumatda bildirilir.
Manevrlər Ərəbistan dənizindəki Oman körfəzində keçirilir. Əsas məqsəd dəniz iqtisadi fəaliyyətlərinin təhlükəsizliyinin işlənib hazırlanmasıdır.
"Təlim zamanı üç ölkənin hərbi gəmiləri birgə manevrlər edəcək, yerüstü və hava hədəflərinə atəş açacaq, həmçinin dəniz quldurları tərəfindən ələ keçirilmiş gəminin azad edilməsi elementlərini məşq edəcək", Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, təlimlərə Rusiya Hərbi Dəniz Qüvvələri, İran və Çin Hərbi Dəniz Qüvvələrinin 20-dən çox gəmisi, yardımçı gəmiləri və döyüş katerləri cəlb olunub. Dəniz helikopterlərindən də geniş istifadə olunur.
Dəniz Təhlükəsizlik Kəməri təlimləri 2018-ci ildən keçirilir, İran, Çin və Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri davamlı olaraq iştirak edir. Bu il ilk dəfə olaraq Pakistan, Qazaxıstan, Azərbaycan, Oman, Hindistan və Cənubi Afrikanın hərbi dəniz qüvvələrinin nümayəndələri müşahidəçi qismində iştirak edəcəklər.
Xəbər lenti
0