https://sputnik.az/20240312/nikahdan-once-tibbi-muayine-telebi-fiziki-qusurlu-usaqlarin-dogulmasinin-qarsisini-alib-463198808.html
Nikahdan öncə tibbi müayinə tələbi fiziki qüsurlu uşaqların doğulmasının qarşısını alıb
Nikahdan öncə tibbi müayinə tələbi fiziki qüsurlu uşaqların doğulmasının qarşısını alıb
Sputnik Azərbaycan
Komitə sədri deyib ki, övladlarının sağlamlığını düşünməyən insanların münasibətlərində həmişə problem yaranır. 12.03.2024, Sputnik Azərbaycan
2024-03-12T20:10+0400
2024-03-12T20:10+0400
2024-03-12T20:10+0400
toy
cəmiyyət
bahar muradova
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
ailə məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42351/53/423515357_0:232:1920:1312_1920x0_80_0_0_86b186a1faf163666e296bffb97131c8.jpg
BAKI, 12 mart — Sputnik. Nikahdan öncə tibbi müayinə tələbi fiziki qüsurlu uşaqların doğulmasının qarşısını alıb.Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.Onun sözlərinə görə, Ailə Məcəlləsinin 12 maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir: "Bu, baba və nənəsi, ata və anası eyni olan övladları nəzərdə tutur. Azərbaycanda bu məsələ daha çox ənənələrə söykənir. Övladlarının sağlamlığını düşünməyən insanların münasibətlərində həmişə problem yaranır. Bu kimi problemlər hansısa cinayət hadisəsi ilə nəticələnməsə belə, ciddi fəsadlara səbəb olur".Muradovanın dediyinə görə, məsələ hökumətin də diqqətindədir:"2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edildi, nikahdan öncə tibbi müayinə tələbi qoyuldu. Tətbiq ediləndə problemlərə səbəb olacağı deyilsə də, normal tətbiq edildi və fiziki qüsurlu uşaqların doğulmasının qarşısı alındı. 2021-ci ildə 2 363 qohum evliliyi qeydə alınıb. Onların 204-ü boşanma ilə nəticələnib. 2022-ci ildə isə 2 542 qohum evliliyi olub, 608 boşanma qeydə alınıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/53/423515357_105:0:1854:1312_1920x0_80_0_0_b8f157319bd8691710d6e38546a1970b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
toy, bahar muradova, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, ailə məcəlləsi
toy, bahar muradova, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, ailə məcəlləsi
Nikahdan öncə tibbi müayinə tələbi fiziki qüsurlu uşaqların doğulmasının qarşısını alıb
Komitə sədri deyib ki, övladlarının sağlamlığını düşünməyən insanların münasibətlərində həmişə problem yaranır.
BAKI, 12 mart — Sputnik. Nikahdan öncə tibbi müayinə tələbi fiziki qüsurlu uşaqların doğulmasının qarşısını alıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Ailə Məcəlləsinin 12 maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir:
"Bu, baba və nənəsi, ata və anası eyni olan övladları nəzərdə tutur. Azərbaycanda bu məsələ daha çox ənənələrə söykənir. Övladlarının sağlamlığını düşünməyən insanların münasibətlərində həmişə problem yaranır. Bu kimi problemlər hansısa cinayət hadisəsi ilə nəticələnməsə belə, ciddi fəsadlara səbəb olur".
Muradovanın dediyinə görə, məsələ hökumətin də diqqətindədir:
"2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edildi, nikahdan öncə tibbi müayinə tələbi qoyuldu. Tətbiq ediləndə problemlərə səbəb olacağı deyilsə də, normal tətbiq edildi və fiziki qüsurlu uşaqların doğulmasının qarşısı alındı. 2021-ci ildə 2 363 qohum evliliyi qeydə alınıb. Onların 204-ü boşanma ilə nəticələnib. 2022-ci ildə isə 2 542 qohum evliliyi olub, 608 boşanma qeydə alınıb".