https://sputnik.az/20240312/elm-ve-tehsil-nazirliyinde-yeni-teyinat-olub-463197375.html
Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Sputnik Azərbaycan
Elm və təhsil naziri Emin Əmrullayev İctimai Şuranın sabiq sədri ilə bağlı əmr imzalayıb. 12.03.2024, Sputnik Azərbaycan
2024-03-12T16:37+0400
2024-03-12T16:37+0400
2024-03-12T16:42+0400
elm və təhsil nazirliyi
təhsil
günel səfərova
atət
https://cdnn1.img.sputnik.az/img/40369/93/403699389_0:187:1800:1200_1920x0_80_0_0_8fe69b9e142f0961a74fee5972204b3e.jpg
BAKI, 12 mart — Sputnik. Elm və Təhsil Nazirliyində yeni təyinat olub Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sabiq sədri Günel Səfərova nazirliyin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, 2021–2023-cü illər ərzində İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının "Qaçqınların sosial qiymətləndirilməsi" layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib. ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40369/93/403699389_200:0:1800:1200_1920x0_80_0_0_158b38980b9442024b5cbd3e514d3048.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elm və təhsil nazirliyi, günel səfərova, atət
elm və təhsil nazirliyi, günel səfərova, atət
Elm və Təhsil Nazirliyində yeni təyinat olub
16:37 12.03.2024 (Yenilənib: 16:42 12.03.2024) Elm və təhsil naziri Emin Əmrullayev İctimai Şuranın sabiq sədri ilə bağlı əmr imzalayıb.
BAKI, 12 mart — Sputnik. Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sabiq sədri Günel Səfərova nazirliyin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini təyin olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Qeyd edək ki, 2021–2023-cü illər ərzində İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının "Qaçqınların sosial qiymətləndirilməsi" layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.