https://sputnik.az/20240312/baki-ile-razilasma-var-pasinyan-esgerimizin-qaytarilmasindan-danisdi-463198083.html
Bakı ilə razılaşma var: Paşinyan əsgərimizin qaytarılmasından danışdı
Bakı ilə razılaşma var: Paşinyan əsgərimizin qaytarılmasından danışdı
Sputnik Azərbaycan
Onun sözlərinə görə, hərbi qulluqçular sərhədi qəsdən pozduqda və ya cinayət məcəlləsi ilə cəzalandırılan hərəkətlər etdikdə geri qayıtmaqda çətinliklər... 12.03.2024, Sputnik Azərbaycan
2024-03-12T14:45+0400
2024-03-12T14:45+0400
2024-03-12T14:50+0400
dünya xəbərləri
ermənistanın baş naziri nikol paşinyan
hərbçi
irəvan
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_0:137:3156:1912_1920x0_80_0_0_e92553385f69a25f1d2c52beb189c727.jpg
BAKI, 12 mart — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın azərbaycanlı hərbçi Ruslan Pənahovu Bakıya təhvil verməsinin səbəbini açıqlayıb. Paşinyan bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında azmış və qarşı tərəfə düşmüş hərbi qulluqçuların geri qaytarılması ilə bağlı çoxdan yüksək səviyyəli razılaşma var. Lakin 2018-ci ildən daha əvvəl ona fərqli yanaşmalar səbəbindən müqavilə pozulub. Onun sözlərinə görə, hərbi qulluqçular sərhədi qəsdən pozduqda və ya cinayət məcəlləsi ilə cəzalandırılan hərəkətlər etdikdə onları qaytarmaqda çətinliklər yaranır. Baş nazir həmçinin bildiribki, faktla bağlı cinayət işi açılıb və Azərbaycan hərbçisinin qəsdən sərhədi keçib-keçməməsi müəyyən edilib. Fevralın 28-də Azərbaycan Müdafiə Nazirliyi hərbçisinin sərhəddə itkin düşdüyünü elan edib, fevralın 29-da isə Ermənistan İstintaq Komitəsi saxlanılan azərbaycanlı əsgərə qarşı cinayət işi açıb, martın 4-də cinayət təqibinə xitam verilib. Martın 5-də o, Bakıya qaytarılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_213:0:2944:2048_1920x0_80_0_0_a02b888726544eab26c9476f29639f0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistanın baş naziri nikol paşinyan, hərbçi, irəvan, sərhəd
ermənistanın baş naziri nikol paşinyan, hərbçi, irəvan, sərhəd
Bakı ilə razılaşma var: Paşinyan əsgərimizin qaytarılmasından danışdı
14:45 12.03.2024 (Yenilənib: 14:50 12.03.2024) Onun sözlərinə görə, hərbi qulluqçular sərhədi qəsdən pozduqda və ya cinayət məcəlləsi ilə cəzalandırılan hərəkətlər etdikdə geri qayıtmaqda çətinliklər yaranır.
BAKI, 12 mart — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın azərbaycanlı hərbçi Ruslan Pənahovu Bakıya təhvil verməsinin səbəbini açıqlayıb.
Paşinyan bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında azmış və qarşı tərəfə düşmüş hərbi qulluqçuların geri qaytarılması ilə bağlı çoxdan yüksək səviyyəli razılaşma var. Lakin 2018-ci ildən daha əvvəl ona fərqli yanaşmalar səbəbindən müqavilə pozulub.
"Əliyevlə son müzakirələr zamanı razılıq əldə olunub ki, belə hadisələr baş verərsə, hərbçilər qarşı tərəfə qaytarılmalıdır" - Paşinyan bildirib.
Onun sözlərinə görə, hərbi qulluqçular sərhədi qəsdən pozduqda və ya cinayət məcəlləsi ilə cəzalandırılan hərəkətlər etdikdə onları qaytarmaqda çətinliklər yaranır.
"Biz indi uzun fasilədən sonra sazişi tətbiq etməklə bir addım atmışıq" - Paşinyan bildirib.
Baş nazir həmçinin bildiribki, faktla bağlı cinayət işi açılıb və Azərbaycan hərbçisinin qəsdən sərhədi keçib-keçməməsi müəyyən edilib.
Fevralın 28-də Azərbaycan Müdafiə Nazirliyi hərbçisinin sərhəddə itkin düşdüyünü elan edib, fevralın 29-da isə Ermənistan İstintaq Komitəsi saxlanılan azərbaycanlı əsgərə qarşı cinayət işi açıb, martın 4-də cinayət təqibinə xitam verilib. Martın 5-də o, Bakıya qaytarılıb.