https://sputnik.az/20240312/azerbaycanla-ermenistan-arasinda-yeni-herbi-emeliyyatlar-bas-vere-bilermi-463182028.html
Azərbaycanla Ermənistan arasında yeni hərbi əməliyyatlar başlaya bilər?
Azərbaycanla Ermənistan arasında yeni hərbi əməliyyatlar başlaya bilər?
Sputnik Azərbaycan
Azərbaycanın Ermənistan tərəfindən nəzarət edilən əraziləri ilə bağlı bəyanatla çıxış etməsi rəsmi İrəvanı təlaşa salıb. 12.03.2024, Sputnik Azərbaycan
2024-03-12T10:09+0400
2024-03-12T10:09+0400
2024-03-12T10:58+0400
azərbaycan
təhlil
hərbi
ekspert
arzu nağıyev
arzu nağıyev
azərbaycan ordusu
ermənistan
hərbi əməliyyatlar
hərbi əməliytatlar
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425305671_0:160:3073:1888_1920x0_80_0_0_643e1b9287b6865cf140a6fc0a5f272c.jpg
BAKI, 12 mart — Sputnik. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ötən həftə diqqət çəkən bəyanatla çıxış edib. O bildirib ki, Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edir. Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların indiyədək 7 görüşü keçirilib. Məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Azərbaycanın Ermənistan tərəfindən nəzarət edilən əraziləri ilə bağlı bu cür bəyanatla çıxış etməsi rəsmi İrəvanı təlaşa salıb. Bir çox ekspertlər bunu Cənubi Qafqazda gərgin olan situasiyanın işğal altında qalan kəndlərə görə yenidən hərbi toqquşma müstəvisinə keçəcəyinə diqqət çəkirlər. Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a danışıblar. Millət vəkili Arzu Nağıyev hesab edir ki, Ermənistan işğal altında saxladığı kəndlərimizlə bağlı vəziyyəti öz maraqlarına uyğun formada təqdim etməyə çalışır: "Son danışıqlarda söhbət anklav olmayan 4 kəndin azad edilməsi barədə oldu. Bu kəndlər 90-cı illərin əvvəlində işğal olunub və heç bir şərt olmadan Azərbaycana qaytarılmalıdır. Digər tərəfindən Ermənistan kommunikasiyaların açılmasını istəyirsə, həmin kəndlərin yerləşdiyi ərazilərdə infrastrukturun qurulmasını təmin etməlidir. Bu kəndlərin işğaldan azad edilməsi qeyd-şərtsiz olmalıdır və dərhal icra olunmalıdır. Arzu Nağıyev bildirir ki, qalan kəndlər də işğaldan azad edilərsə, digər məsələlər barədə müzakirələr aparıla bilər: "Bu gün Ermənistanın iddia etdiyi ərazilərə hüquqi olaraq haqqı yoxdur. Çünki onların bu gün iddia etdiyi ərazilər bir vaxtlar əkin-biçin üçün verilmişdi. Ermənistan başa düşməlidir ki, bu kəndlər bir yolla Azərbaycana qayıdacaq. Ermənistanın təklifləri bizim üçün qəbuledilməz və absurddur. Biz başa düşürük ki, bölgədə stabilliyin pozulmasını istəyən qüvvələr var. Ancaq stabilliyin pozulması Ermənistan üçün yaxşı nəticələnməyəcək. Azərbaycanın işğal altında qalan kəndləri mütləq qaytarılmalıdır". Hərbi-ekspert Ramil Məmmədli bildirib ki, hazırda bölgədə vəziyyət olduqca gərgindir və Ermənistan öz əlindəki imkanlardan istifadə etməklə sülh müqaviləsini öz xeyrinə imzalamaq istəyir: "Ermənistan şərti sərhəddəki ərazi iddialarının təmin edilməsini istəyir. Bununla belə Qazax rayonunun inzibati ərazisinə daxil olan kəndlərin bir hissəsini qaytarmaq niyyətində deyil. Bununla bağlı Ermənistan siyasi rəhbərliyi də açıqlamalar verib. Ermənistanda hesab edirlər ki, bu əraziləri Azərbaycana qaytarsalar, öz ölkələrinə strateji cəhətdən ziyan vurmuş olacaqlar". "Azərbaycan anklavları geri qaytarmaq üçün hərbi əməliyyatlar keçirə bilərmi?" sualına cavabında isə hərbi ekspert bildirib ki, sülh müqaviləsi imzalanmazsa, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər icra olunmazsa, əlbəttə ki, Azərbaycan-Ermənistan münasibətləri gərgin qalacaq və problemlərin hərbi yolla həllinə doğru istiqamətlənəcək. "Azərbaycan Prezidentinin açıqlamalarında da görmüşük ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. Digər tərəfdən Ermənistan da öz hərbi potensialını artırır və görünən odur ki, qarşıdan gələn dövrdə hansısa hərbi qarşıdurmaya hazırlaşır. İki ölkə arasında məhz Qazax istiqamətində hərbi əməliyyatlar ehtimalı yoxdur, ən azından bu ilin sonunacan bu baş verməyəcək. Ən pis danışıqlar müharibədən yaxşıdır prinsipinə riayət etməklə, problemin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verilir. Ermənistan Azərbaycana hücum edərsə, Azərbaycan adekvat cavab verəcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425305671_170:0:2901:2048_1920x0_80_0_0_5a80c825220cb29179fef736f51bb699.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, hərbi, ekspert, arzu nağıyev, arzu nağıyev, azərbaycan ordusu, ermənistan, hərbi əməliyyatlar, hərbi əməliytatlar
azərbaycan, hərbi, ekspert, arzu nağıyev, arzu nağıyev, azərbaycan ordusu, ermənistan, hərbi əməliyyatlar, hərbi əməliytatlar
Azərbaycanla Ermənistan arasında yeni hərbi əməliyyatlar başlaya bilər?
10:09 12.03.2024 (Yenilənib: 10:58 12.03.2024) Azərbaycanın Ermənistan tərəfindən nəzarət edilən əraziləri ilə bağlı bəyanatla çıxış etməsi rəsmi İrəvanı təlaşa salıb.
BAKI, 12 mart — Sputnik. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ötən həftə diqqət çəkən bəyanatla çıxış edib. O bildirib ki, Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edir.
Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların indiyədək 7 görüşü keçirilib. Məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.
Azərbaycanın Ermənistan tərəfindən nəzarət edilən əraziləri ilə bağlı bu cür bəyanatla çıxış etməsi rəsmi İrəvanı təlaşa salıb.
Bir çox ekspertlər bunu Cənubi Qafqazda gərgin olan situasiyanın işğal altında qalan kəndlərə görə yenidən hərbi toqquşma müstəvisinə keçəcəyinə diqqət çəkirlər.
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Arzu Nağıyev hesab edir ki, Ermənistan işğal altında saxladığı kəndlərimizlə bağlı vəziyyəti öz maraqlarına uyğun formada təqdim etməyə çalışır: "Son danışıqlarda söhbət anklav olmayan 4 kəndin azad edilməsi barədə oldu. Bu kəndlər 90-cı illərin əvvəlində işğal olunub və heç bir şərt olmadan Azərbaycana qaytarılmalıdır. Digər tərəfindən Ermənistan kommunikasiyaların açılmasını istəyirsə, həmin kəndlərin yerləşdiyi ərazilərdə infrastrukturun qurulmasını təmin etməlidir. Bu kəndlərin işğaldan azad edilməsi qeyd-şərtsiz olmalıdır və dərhal icra olunmalıdır.
Arzu Nağıyev bildirir ki, qalan kəndlər də işğaldan azad edilərsə, digər məsələlər barədə müzakirələr aparıla bilər: "Bu gün Ermənistanın iddia etdiyi ərazilərə hüquqi olaraq haqqı yoxdur. Çünki onların bu gün iddia etdiyi ərazilər bir vaxtlar əkin-biçin üçün verilmişdi. Ermənistan başa düşməlidir ki, bu kəndlər bir yolla Azərbaycana qayıdacaq. Ermənistanın təklifləri bizim üçün qəbuledilməz və absurddur. Biz başa düşürük ki, bölgədə stabilliyin pozulmasını istəyən qüvvələr var. Ancaq stabilliyin pozulması Ermənistan üçün yaxşı nəticələnməyəcək. Azərbaycanın işğal altında qalan kəndləri mütləq qaytarılmalıdır".
Hərbi-ekspert Ramil Məmmədli bildirib ki, hazırda bölgədə vəziyyət olduqca gərgindir və Ermənistan öz əlindəki imkanlardan istifadə etməklə sülh müqaviləsini öz xeyrinə imzalamaq istəyir:
"Ermənistan şərti sərhəddəki ərazi iddialarının təmin edilməsini istəyir. Bununla belə Qazax rayonunun inzibati ərazisinə daxil olan kəndlərin bir hissəsini qaytarmaq niyyətində deyil. Bununla bağlı Ermənistan siyasi rəhbərliyi də açıqlamalar verib. Ermənistanda hesab edirlər ki, bu əraziləri Azərbaycana qaytarsalar, öz ölkələrinə strateji cəhətdən ziyan vurmuş olacaqlar".
"Azərbaycan anklavları geri qaytarmaq üçün hərbi əməliyyatlar keçirə bilərmi?" sualına cavabında isə hərbi ekspert bildirib ki, sülh müqaviləsi imzalanmazsa, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər icra olunmazsa, əlbəttə ki, Azərbaycan-Ermənistan münasibətləri gərgin qalacaq və problemlərin hərbi yolla həllinə doğru istiqamətlənəcək.
"Azərbaycan Prezidentinin açıqlamalarında da görmüşük ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. Digər tərəfdən Ermənistan da öz hərbi potensialını artırır və görünən odur ki, qarşıdan gələn dövrdə hansısa hərbi qarşıdurmaya hazırlaşır. İki ölkə arasında məhz Qazax istiqamətində hərbi əməliyyatlar ehtimalı yoxdur, ən azından bu ilin sonunacan bu baş verməyəcək. Ən pis danışıqlar müharibədən yaxşıdır prinsipinə riayət etməklə, problemin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verilir. Ermənistan Azərbaycana hücum edərsə, Azərbaycan adekvat cavab verəcək".