CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadıldı

© Sputnik / Murad OrujovBakıda tibbi maskada olan insanlar
Bakıda tibbi maskada olan insanlar - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Abunə olmaq
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
BAKI, 11 mart — Sputnik. Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb.
Qeyd edək ki, bundan əvvəlki qərarla həmin müddət aprelin 2-si bitirdi.
11.12.23
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb.
Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 2-dək nəzərdə tutulmuşdu.
25.09.23
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 2-dən gələn il yanvarın 2-dək uzadılıb.
Xatırladaq ki, bundan əvvəl iyunun 23-də Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılıb. Ondan əvvəl isə bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir.
Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.
Məlumat üçün onu da bildirək ki, bu ilin aprelin 18-dən etibarən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.
Qeyd edək ki, 11-17 sentyabr tarixlərində ölkədə koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb. Həmin müddətdə ölkədə 223 nəfər vaksinasiya olunub.
Bir həftə öncə açıqlanan statistikaya görə, bu virusdan ölənlərin sayə 10 302 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0