"Oskar-2024": qırmızı xalçada ulduzların ən diqqətçəkən obrazları
"Oskar-2024": qırmızı xalçada ulduzların ən diqqətçəkən obrazları
Sputnik Azərbaycan
Los-Ancelesdəki "Dolby" teatrında ABŞ Kino Akademiyasının 96-cı "Oskar" mükafatının 2023-cü il üçün təqdimat mərasimi keçirilib. 11.03.2024, Sputnik Azərbaycan
ABŞ Kino Akademiyasının "Oskar" mükafatının qalibləri müəyyənləşib. Hazırda mükafat 24 əsas nominasiya üzrə təqdim olunur - mükafatın uzun tarixinə görə qaliblərin seçilməsi qaydaları dəfələrlə dəyişdirilib, lakin yenə də "İlin ən yaxşı filmi" nominasiyası istisna olmaqla, hər bir gildiya yalnız öz kateqoriyası üzrə səs verir. Bu ilin qalibi Kristofer Nolanın "Oppengeymer" əsəridir. O, 13 nominasiyada üzrə təqdim olunub və yeddi mükafat qazanıb. Film nəinki "Ən yaxşı film" nominasiyasında qalib olub, həm də ən yaxşı rejissor, operator işi, montaj və orijinal musiqi nominasiyasına görə heykəlciklər alıb. Filmdə baş rolu canlandıran Killian Merfi ən yaxşı aktyor kimi "Oskar" alıb, kiçik Robert Dauni isə ən yaxşı ikinci plan aktyoru kimi qalib olub. Emma Stoun "Kasıblar-bədbəxtlər" filmindəki baş rola görə "Ən yaxşı qadın aktrisa" nominasiyasına layiq görülüb. "Ən yaxşı orijinal ssenari" nominasiyasında Cyustin Trie və Artur Hararinin "Düşmə Anatomiyası" filmi, "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyasında isə "Amerika fantastikası" filmi "Oskar" mükafatına layiq görülüb. Conatan Qleyzerin "Maraq zonası" filmi "Xarici bədii film" nominasiyasında, Hayao Miyazakinin "Oğlan və quş" filmi isə "Ən yaxşı cizgi filmi" nominasiyasında "Oskar" qazanıb. 1940-cı illərdən bəri "Oskar" kimi tanınan ABŞ Kino Sənətləri və Elmləri Akademiyası 1929-cu ildə yaradılıb və kinofilmlərin inkişafına töhfə verən şəxsləri təltif edir.
Los-Ancelesdəki "Dolby" teatrında ABŞ Kino Akademiyasının 96-cı "Oskar" mükafatının 2023-cü il üçün təqdimat mərasimi keçirilib.
ABŞ Kino Akademiyasının "Oskar" mükafatının qalibləri müəyyənləşib.
Hazırda mükafat 24 əsas nominasiya üzrə təqdim olunur - mükafatın uzun tarixinə görə qaliblərin seçilməsi qaydaları dəfələrlə dəyişdirilib, lakin yenə də "İlin ən yaxşı filmi" nominasiyası istisna olmaqla, hər bir gildiya yalnız öz kateqoriyası üzrə səs verir.
Bu ilin qalibi Kristofer Nolanın "Oppengeymer" əsəridir. O, 13 nominasiyada üzrə təqdim olunub və yeddi mükafat qazanıb.
Film nəinki "Ən yaxşı film" nominasiyasında qalib olub, həm də ən yaxşı rejissor, operator işi, montaj və orijinal musiqi nominasiyasına görə heykəlciklər alıb.
Filmdə baş rolu canlandıran Killian Merfi ən yaxşı aktyor kimi "Oskar" alıb, kiçik Robert Dauni isə ən yaxşı ikinci plan aktyoru kimi qalib olub.
Emma Stoun "Kasıblar-bədbəxtlər" filmindəki baş rola görə "Ən yaxşı qadın aktrisa" nominasiyasına layiq görülüb. "Ən yaxşı orijinal ssenari" nominasiyasında Cyustin Trie və Artur Hararinin "Düşmə Anatomiyası" filmi, "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyasında isə "Amerika fantastikası" filmi "Oskar" mükafatına layiq görülüb.
Conatan Qleyzerin "Maraq zonası" filmi "Xarici bədii film" nominasiyasında, Hayao Miyazakinin "Oğlan və quş" filmi isə "Ən yaxşı cizgi filmi" nominasiyasında "Oskar" qazanıb.
1940-cı illərdən bəri "Oskar" kimi tanınan ABŞ Kino Sənətləri və Elmləri Akademiyası 1929-cu ildə yaradılıb və kinofilmlərin inkişafına töhfə verən şəxsləri təltif edir.