DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Müdafiə naziri: Türkiyə öz sərhədləri yaxınlığında əməliyyat üçün icazə istəməyəcək

© AFP 2024 / SIMON WOHLFAHRTYaşar Gülər
Yaşar Gülər  - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Abunə olmaq
O, Ankaranın heç kimin əmrinə tabe olmayacağını vurğulayıb.
BAKI, 11 mart — Sputnik. Ankara öz sərhədləri yaxınlığında antiterror əməliyyatı keçirmək üçün heç kəsdən icazə istəməyəcək.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Hürriyyət"ə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, söhbət ölkənin təhlükəsizliyindən gedərsə Ankara heç kimdən icazə istəmir, sadəcə olaraq, lazım olanı edir. ABŞ və Rusiyanın genişmiqyaslı transsərhəd əməliyyata mümkün reaksiyasından danışan Gülər Türkiyənin heç kimin əmrinə tabe olmayacağını vurğulayıb.
"Ölkəmizin təhlükəsizliyinə gəlincə, biz heç kimdən icazə istəmirik və lazım olanı edirik. Heç kim unutmasın ki, Türkiyə Cümhuriyyəti böyük dövlətdir" - nazir fikrini yekunlaşdırıb.
Bu yaxınlarda Türkiyənin İraqın şimalında genişmiqyaslı quru hərbi əməliyyatı keçirməyi planlaşdırdığı bildirilib. Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri İraqla sərhədi ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçularından tamamilə "bağlamağı" planlaşdırır. Sərhədin uzunluğu təxminən 378 kilometrdir.
Xəbər lenti
0