DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Husilərin hücumları fonunda Rusiya dəmir yolları ilə daşınmaya tələbat artıb

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidYük qatarı, arxiv
Yük qatarı, arxiv - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Abunə olmaq
Yəmən husiləri ticarət gəmilərinə hücumlara başladıqdan sonra" logistlərdə dəmir yolu daşımalarına maraq yaranıb və hazırda yüklərin böyük hissəsi Rusiya ərazisindən keçir.
BAKI, 11 mart — Sputnik. Qırmızı dənizdə artan husi hücumları fonunda Rusiya dəmir yolları ilə Asiyadan Avropaya malların daşınmasına tələbat kəskin şəkildə artıb.
"Financial Times" bu barədə logistika şirkətləri və dəmir yolu operatorlarının məlumatlarına istinadən yazıb.
"Loqistika şirkətləri əksər iri konteyner xətlərini, adətən Ümid burnundan (Cənubi Afrikaya - Red.) keçən marşrutları Asiyadan Avropaya yönləndirmək qərarından sonra Rusiyadan keçən marşrutlara yenidən nəzər salıblar" - məqalədə deyilir.
İzah edilib ki, "Yəmən husiləri ticarət gəmilərinə <...> hücumlara başladıqdan sonra" logistlərdə dəmir yolu daşımalarına maraq yaranıb və hazırda yüklərin böyük hissəsi Rusiya ərazisindən keçir.
Belə ki, Almaniyanın "DHL" şirkətinin məlumatına görə, son vaxtlar Rusiyaya dəmir yolu ilə yüklərin daşınması üçün müraciətlər 40 faiz artıb. Niderlandda yerləşən "Rail Bridge Cargo" şirkətində bu il Rusiya Federasiyası ərazisindən dəmir yolu ilə yüklərin daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31 faiz çox olub.
Bundan əvvəl ABŞ müttəfiqləri ilə birlikdə Qırmızı dəniz və Ədən körfəzində "Ənsar Allah" hərəkatına (husilərə) məxsus pilotsuz təyyarələrin genişmiqyaslı hücumunu dəf etdiklərini bildirmişdi.
Xatırladaq ki, Yəmənin şimalında hökmranlıq edən Husilər hərəkatı daha əvvəl Qəzza zolağında fələstinlilərə dəstək əlaməti olaraq İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum etmək niyyətində olduqları barədə xəbərdarlıq etmiş və digər ölkələri ekipajları geri çağırmağa səsləmişdi. Hücumlara cavab olaraq ABŞ və Böyük Britaniya Şimali Yəmənin şəhərlərinə zərbələr endirməyə başlayıb.
Xəbər lenti
0