DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Filippo "Şimal axını"nı partlatmağa görə məsuliyyət daşıyanların adlarını çəkib

© Photo : Danish DefenceŞimal axını
Şimal axını - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Abunə olmaq
Heç bir araşdırma aparılmır, çünki günahkar NATO-dur. Bu, əvvəldən aydın idi: ABŞ və Norveç, Böyük Britaniya kimi bir sıra ölkələr günahkardır.
BAKI, 11 mart — Sputnik. Qərb "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin bombalanmasını araşdırmır, çünki bu təxribatda ABŞ və bəzi NATO ölkələri, o cümlədən Norveç və Böyük Britaniya iştirak edib.
"RİA Novosti" bu barədə Fransanın "Vətənpərvərlər Partiyası"nın lideri, Avropa Parlamentinə seçkilərə namizəd, siyasətçi Florian Filippotya istinadən xəbər verib.
O, əmindir ki, istintaq aparılmır, çünki onun nəticələri "Rusiyaya zərər verməyəcək".
"Heç bir araşdırma aparılmır, çünki günahkar NATO-dur. Bu, əvvəldən aydın idi: ABŞ və Norveç, Böyük Britaniya kimi bir sıra ölkələr günahkardır. Bu, "düzgün ritorika"ya uyğun gəlmir. Ona görə də mediada məsələnin ciddiliyini nəzərə alaraq, biz bu haqda çox az danışırıq. Eyni zamanda, ardıcıl olaraq bütün hakimlər - Danimarkada, İsveçdə - səriştəli olmadıqlarını bəyan ediblər" - fransız siyasətçi qeyd edib.
Filippo bu təxribatın maraqlarına birbaşa toxunduğu Fransa və Almaniyanın rəsmi etiraz belə bildirmədiyinə diqqət çəkib. Yeri gəlmişkən, enerji infrastrukturunun təxribatı, beynəlxalq hüquqa görə, müharibə aktıdır. Siyasətçi əlavə edib ki, partlayış "yaxşıların düşərgəsi" tərəfindən həyata keçirildiyi üçün ictimaiyyətin bundan xəbəri olmamalıdır. Filippo utandırıcı mövzuların susdurulmasını Qərb demokratiyalarının uğursuzluğunun daha bir əlaməti adlandırıb.
Bundan əvvəl Norveçin ardınca Danimarka da "Şimal axını"nda təxribatla bağlı araşdırmanı dayandırıb. Almaniya Baş Prokurorluğu isə, öz növbəsində istintaqın davam etdirildiyini açıqlayıb. "Almaniya üçün alternativ" fraksiyasından Bundestaqın deputatı Şteffen Kotre bu araşdırmanı fars adlandırıb.
Xəbər lenti
0