https://sputnik.az/20240311/deniz-suyunun-sirinlesdirilmesine-sumqayitdan-baslanilacaq-463176704.html
Dəniz suyunun şirinləşdirilməsinə Sumqayıtdan başlanılacaq
Dəniz suyunun şirinləşdirilməsinə Sumqayıtdan başlanılacaq
Sputnik Azərbaycan
Suyun duzsuzlaşdırılması qurğusunun istehsal gücü ildə 100 milyon kubmetr su təşkil edəcək. 11.03.2024, Sputnik Azərbaycan
2024-03-11T15:36+0400
2024-03-11T15:36+0400
2024-03-11T15:40+0400
dəniz suyu
cəmiyyət
su
su
şirin sulu
iqtisadiyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41444/32/414443201_0:592:5639:3764_1920x0_80_0_0_1e8636c187d3b789975a2d2367c4d98d.jpg
BAKI, 11 mart — Sputnik. 2024-cü ilin yayında 5 şirkət Azərbaycanda dəniz suyunun şirinləşdirilməsi zavodunun tikintisi ilə bağlı təkliflərini təqdim edəcək. Azərbaycanın İqtisadiyyat Nazirliyi Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin həyata keçirilməsi üçün təkliflər vermiş şirkətlərin seçilməsinin birinci mərhələsini başa çatdırıb. Sputnik Azərbaycan-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, fevralın 8-də elan edilmiş müsabiqənin birinci mərhələsində 8 şirkət təklif verib. "Kvalifikasiya qiymətləndirməsinin nəticələrinə əsasən, təklifləri tələblərə cavab verən 5 şirkətə müsabiqə şərtləri göndərilib. Şirkətlər öz təkliflərini 2024-cü il iyulun 1-dək təqdim etməli, bundan sonra qiymətləndirmə proseduru baş tutacaq. Layihə təkliflərinin qiymətləndirilməsinin nəticələrinə əsasən müsabiqənin qalibi elan olunacaq və onunla dövlət-özəl tərəfdaşlıq müqaviləsi bağlanılacaq" - deyə nazirlikdən bildirilib. Şirkətin təkliflərinə aşağıdakılar daxil edilməlidir: suyun duzsuzlaşdırılması qurğusunun layihələndirilməsi, tikintisi, maliyyələşdirmə və idarəetmə üçün potensial investorun cəlb edilməsi. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihənin Sumqayıt şəhərində həyata keçirilməsi planlaşdırılır. Suyun duzsuzlaşdırılması qurğusunun istehsal gücü ildə 100 milyon kubmetr su təşkil edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41444/32/414443201_620:0:5639:3764_1920x0_80_0_0_042e991d5bf317d5d3f9ddc2441cfd1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəniz suyu, su, su, şirin sulu, iqtisadiyyat nazirliyi
dəniz suyu, su, su, şirin sulu, iqtisadiyyat nazirliyi
Dəniz suyunun şirinləşdirilməsinə Sumqayıtdan başlanılacaq
15:36 11.03.2024 (Yenilənib: 15:40 11.03.2024) Suyun duzsuzlaşdırılması qurğusunun istehsal gücü ildə 100 milyon kubmetr su təşkil edəcək.
BAKI, 11 mart — Sputnik. 2024-cü ilin yayında 5 şirkət Azərbaycanda dəniz suyunun şirinləşdirilməsi zavodunun tikintisi ilə bağlı təkliflərini təqdim edəcək.
Azərbaycanın İqtisadiyyat Nazirliyi Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin həyata keçirilməsi üçün təkliflər vermiş şirkətlərin seçilməsinin birinci mərhələsini başa çatdırıb. Sputnik Azərbaycan-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, fevralın 8-də elan edilmiş müsabiqənin birinci mərhələsində 8 şirkət təklif verib.
"Kvalifikasiya qiymətləndirməsinin nəticələrinə əsasən, təklifləri tələblərə cavab verən 5 şirkətə müsabiqə şərtləri göndərilib. Şirkətlər öz təkliflərini 2024-cü il iyulun 1-dək təqdim etməli, bundan sonra qiymətləndirmə proseduru baş tutacaq. Layihə təkliflərinin qiymətləndirilməsinin nəticələrinə əsasən müsabiqənin qalibi elan olunacaq və onunla dövlət-özəl tərəfdaşlıq müqaviləsi bağlanılacaq" - deyə nazirlikdən bildirilib.
Şirkətin təkliflərinə aşağıdakılar daxil edilməlidir: suyun duzsuzlaşdırılması qurğusunun layihələndirilməsi, tikintisi, maliyyələşdirmə və idarəetmə üçün potensial investorun cəlb edilməsi.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihənin Sumqayıt şəhərində həyata keçirilməsi planlaşdırılır. Suyun duzsuzlaşdırılması qurğusunun istehsal gücü ildə 100 milyon kubmetr su təşkil edəcək.