https://sputnik.az/20240311/buraxilis-imtahaninda-suallar-casdirici-olub-resmi-cavab-463175996.html
Buraxılış imtahanında suallar çaşdırıcı olub? Rəsmi cavab
Buraxılış imtahanında suallar çaşdırıcı olub? Rəsmi cavab
Sputnik Azərbaycan
Vüsalə Ağabəyli bildirib ki, Azərbaycan dilindən test tapşırıqları o qədər mürəkkəb və qəliz tərtib edilir ki, ana dilinin göstəriciləri xeyli aşağı düşüb. 11.03.2024, Sputnik Azərbaycan
2024-03-11T14:21+0400
2024-03-11T14:21+0400
2024-03-11T14:29+0400
dim
dövlət imtahan mərkəzi
təhsil
imtahan
imtahan
imtahan
sual
https://cdnn1.img.sputnik.az/img/41513/88/415138888_0:155:2000:1280_1920x0_80_0_0_8fa7f8f4dbeb4d80f5c099e228ee9fba.jpg
BAKI, 11 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) builki buraxılış imtahanlarında ana dili fənni üzrə sualların çaşdırıcı olması ilə bağlı iddialara cavab verib. DİM-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, sual kitabçaları bu il imtahandan sonra şagirdlərə təqdim olunub. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Sputnik Azərbaycan-a bildirib ki, suallarla hamı tanış ola bilər. "Tapşırıqların doğru cavabları və izahlar DİM-in saytına yerləşdirilib. İmtahanda dərslikdən və proqramdan kənar heç nə yoxdur. Suallarda hər hansı elmi-metodiki yanlışlıq aşkar olunmayıb", - mətbuat katibi bildirib. Qeyd edək ki, sosial platformada builki buraxılış imtahanlarında ana dilindən sualların çaşdırıcı tərtib olunması ilə bağlı iradlar səslənir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli Sputnik Azərbaycan-a açıqlamasında builki buraxılış imtahanlarında ana dili fənni üzrə sualların çaşdırıcı olması ilə bağlı iddiaları təsdiqləyib. Bildirib ki, ana dili dövlət dilimiz olduğundan, suallar bu şəkildə tərtib olunmamalıdır. "Çox təəssüf ki, ana dilindən imtahan suallarını qəlizləşdirib tərtib ediblər. Bəzən filologiya üzrə magistratura təhsili alanlar belə bu suallara cavab verməkdə çətinlik çəkir. Suallara cavab verəcək kontingentin şagird olduğu sanki unudulub. Ən pisi isə odur ki, bu sualların belə qəlizləşdirilməsinin dilin öyrənilməsinə, mənimsənilməsinə heç bir xidməti yoxdur. Azərbaycan bəlkə də nadir ölkələrdəndir ki, bizdə xarici dil imthananını yüksək səviyyədə verən şagird ana dilindən aşağı nəticə göstərir. Bunun səbəbi ana dilindən imtahan suallarının qəliz və çaşdırıcı formada tərtib olunmasıdır" - Vüsalə Ağabəyli bildirib. O, əlavə edib ki, builki buraxılış imtahanlarında mətnlərin təhlilində kifayət qədər çaşdırıcı məqamlar olub: "Azərbaycan dilindən test tapşırıqları o qədər mürəkkəb, o qədər qəliz tərtib edilir ki, ana dilinin göstəriciləri xeyli aşağı düşüb". Həmsöhbətimiz bildirib ki, elmə, təhsilə gələn yol şagirdlərin üzünə açıq olmalıdır. Onun fikrincə, bu gün ölkəmizdə imtahan suallarının məqsədli şəkildə qəliz və çaşdırıcı tərtib olunması isə şagirdlərin üzünə elmin, təhsilin yolunu bağlayır. O bildirib ki, bu səbəbdən də kütləvi xaricdə təhsilə axın var. Təhsil üzrə ekepert Elçin Əfəndi isə Sputnik Azərbaycan-a bildirib ki, builki buraxılış imtahanına suallar ötən ilkindən fərqli olaraq daha asan olub. Odur ki, ekspert bu il buraxılış imtahan nəticələrinin daha uğurlu olacağını gözlədiyini söyləyib. E.Əfəndinin sözlərinə görə, Azərbaycan dilindən suallar əhatəli olub, mətnlərin həcmi kiçik olduğundan ayrılmış vaxt mətnləri oxuyub işləməyə imkan verib. Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, bu il ilk dəfə sual kitabçaları şagirdlərə verildiyi üçün sualları təhlil etmək imkanı yaranıb. "Əvvəlki illərin imtahan suallarını görə bilmədiyimizdən belə bir müqayisə aparmaq imkanı yoxdur" - deyə ekspert əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41513/88/415138888_293:0:2000:1280_1920x0_80_0_0_441227e8ecd55ee9df81b1017f320027.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dim, dövlət imtahan mərkəzi, imtahan, imtahan, imtahan, sual
dim, dövlət imtahan mərkəzi, imtahan, imtahan, imtahan, sual
Buraxılış imtahanında suallar çaşdırıcı olub? Rəsmi cavab
14:21 11.03.2024 (Yenilənib: 14:29 11.03.2024) Vüsalə Ağabəyli bildirib ki, Azərbaycan dilindən test tapşırıqları o qədər mürəkkəb və qəliz tərtib edilir ki, ana dilinin göstəriciləri xeyli aşağı düşüb.
BAKI, 11 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) builki buraxılış imtahanlarında ana dili fənni üzrə sualların çaşdırıcı olması ilə bağlı iddialara cavab verib. DİM-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, sual kitabçaları bu il imtahandan sonra şagirdlərə təqdim olunub. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Sputnik Azərbaycan-a bildirib ki, suallarla hamı tanış ola bilər.
"Tapşırıqların doğru cavabları və izahlar DİM-in saytına yerləşdirilib. İmtahanda dərslikdən və proqramdan kənar heç nə yoxdur. Suallarda hər hansı elmi-metodiki yanlışlıq aşkar olunmayıb", - mətbuat katibi bildirib.
Qeyd edək ki, sosial platformada builki buraxılış imtahanlarında ana dilindən sualların çaşdırıcı tərtib olunması ilə bağlı iradlar səslənir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli Sputnik Azərbaycan-a açıqlamasında builki buraxılış imtahanlarında ana dili fənni üzrə sualların çaşdırıcı olması ilə bağlı iddiaları təsdiqləyib. Bildirib ki, ana dili dövlət dilimiz olduğundan, suallar bu şəkildə tərtib olunmamalıdır.
"Çox təəssüf ki, ana dilindən imtahan suallarını qəlizləşdirib tərtib ediblər. Bəzən filologiya üzrə magistratura təhsili alanlar belə bu suallara cavab verməkdə çətinlik çəkir. Suallara cavab verəcək kontingentin şagird olduğu sanki unudulub. Ən pisi isə odur ki, bu sualların belə qəlizləşdirilməsinin dilin öyrənilməsinə, mənimsənilməsinə heç bir xidməti yoxdur. Azərbaycan bəlkə də nadir ölkələrdəndir ki, bizdə xarici dil imthananını yüksək səviyyədə verən şagird ana dilindən aşağı nəticə göstərir. Bunun səbəbi ana dilindən imtahan suallarının qəliz və çaşdırıcı formada tərtib olunmasıdır" - Vüsalə Ağabəyli bildirib.
O, əlavə edib ki, builki buraxılış imtahanlarında mətnlərin təhlilində kifayət qədər çaşdırıcı məqamlar olub: "Azərbaycan dilindən test tapşırıqları o qədər mürəkkəb, o qədər qəliz tərtib edilir ki, ana dilinin göstəriciləri xeyli aşağı düşüb".
Həmsöhbətimiz bildirib ki, elmə, təhsilə gələn yol şagirdlərin üzünə açıq olmalıdır. Onun fikrincə, bu gün ölkəmizdə imtahan suallarının məqsədli şəkildə qəliz və çaşdırıcı tərtib olunması isə şagirdlərin üzünə elmin, təhsilin yolunu bağlayır. O bildirib ki, bu səbəbdən də kütləvi xaricdə təhsilə axın var.
Təhsil üzrə ekepert Elçin Əfəndi isə Sputnik Azərbaycan-a bildirib ki, builki buraxılış imtahanına suallar ötən ilkindən fərqli olaraq daha asan olub. Odur ki, ekspert bu il buraxılış imtahan nəticələrinin daha uğurlu olacağını gözlədiyini söyləyib.
E.Əfəndinin sözlərinə görə, Azərbaycan dilindən suallar əhatəli olub, mətnlərin həcmi kiçik olduğundan ayrılmış vaxt mətnləri oxuyub işləməyə imkan verib.
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, bu il ilk dəfə sual kitabçaları şagirdlərə verildiyi üçün sualları təhlil etmək imkanı yaranıb. "Əvvəlki illərin imtahan suallarını görə bilmədiyimizdən belə bir müqayisə aparmaq imkanı yoxdur" - deyə ekspert əlavə edib.