Tarixdə bu gün: 10 mart - FOTO
© Sputnik / Elnur Salayev10 mart
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə hansı hadisələrin baş verdiyi barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 10 mart - Sputnik. Martın 10-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən hadisələr baş verib.
Martın 10-da kim anadan olub?
Qəmər Almaszadə (1915-2006) - Azərbaycanın ilk balerinası və Şərqdə ilk balerinası, SSRİ Xalq artisti, baletmeyster, xoreoqraf. “Qırmızı çiçək”, “Baxçasaray fontanı”, “Raymonda”, “Qu gölü”, “Don Kixot”, “Yeddi gözəl” və s. tamaşalarda baş rolları ifa edib.
Aleksandr Zatsepin (1926) - sovet və rus bəstəkarı, Rusiya Federasiyasının xalq artisti. O, “Sannikovun ölkəsi”, “31 iyun”, “Oxuyan qadın”, “Ruh” filmlərinə, Leonid Qaydayın “I əməliyyatı və ya Şurikin yeni sərgüzəştləri”, “Qafqaz əsiri”, “Brilyant əl” və s. komediyalarına musiqi yazıb.
Aleksandr Zatsepin, arxiv
© Sputnik / Михаил Воскресенский
/ Çak Norris (1940) qardaşı Aaron Norrisin döyüş filmlərində baş rolları oynamaqla, həmçinin "Tough Walker: Texas Justice" televiziya serialında Kordell Uoker rolu ilə şöhrət qazanmış amerikalı kino aktyoru və döyüş sənətçisidir".
© Photo : Jared C. Tilton / Getty Images / AFPÇak Norris
Çak Norris
© Photo : Jared C. Tilton / Getty Images / AFP
Şeron Stoun (1958) - Amerikalı aktrisa, prodüser və keçmiş model, Qızıl Qlobus və Emmi mükafatlarının laureatı. “Ulduz tozu xatirələri”, “Barışılmaz fərqlər”, “Süleyman şahın mədənləri”, “Qanundan yuxarı”, “Tam geri çağırış” və s. filmlərdə rol alıb.
© AFP 2024 / ALBERTO PIZZOLIŞeron Stoun
Şeron Stoun
© AFP 2024 / ALBERTO PIZZOLI
Martın 10-da dünyada baş verən tarixi hadisələr
1535-ci ildə ispan dənizçiləri Sakit okeanda Ekvadordan 972 km qərbdə Qalapaqos adalarını kəşf ediblər.
1710-cu ildə ilk dəfə rus dilində “Coğrafiya və ya yer dünyasının qısa təsviri” adı altında dərslik nəşr olunub. Naməlum müəllifin dərsliyi, ehtimal ki, holland dilindən tərcümə edilib.
© Sputnik / Murad OrujovKiril qrafikasında yığılmış kitab, arxiv
Kiril qrafikasında yığılmış kitab, arxiv
1873-cü ildə Bakı Real Məktəbinin həvəskar aktyorları truppası Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” komediyasını tamaşaçılara təqdim etdi. Beləliklə, Azərbaycanda milli teatrın əsası qoyuldu. Bunun böyük əməyi Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirova məxsusdur. Bakıda ilk teatr binasının tikintisini maliyyələşdirən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev milli teatrın inkişafına mühüm töhfə verib. Bu tarix Prezident İlham Əliyevin 2013-cü il martın 1-də imzaladığı sərəncamla Milli Teatr Günü kimi təsis edilib.
© Photo : Azerbaijan State Academic Musical TheatreTeatr
Teatr
© Photo : Azerbaijan State Academic Musical Theatre
1910-cu ildə Çin bir neçə minilliklər boyu mövcud olan və ölkə iqtisadiyyatının əsasını təşkil edən köləliyi qadağan etdi. Qullar tarlalarda, emalatxanalarda və hətta ev təsərrüfatlarında işləmək üçün istifadə olunurdu. Onların heç bir hüquqları yox idi və sahiblərindən tamamilə asılı idilər.
© AFP 2024 / Dale De La ReyÇin
Çin
© AFP 2024 / Dale De La Rey
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.