Tacikistan prezidenti ölkənin mədəniyyətinə yad paltar geyinən qadınları tənqid edib
© Sputnik / Андрей Стенин
/ Abunə olmaq
Prezident qeyd edib ki, Həcc ziyarətindən qayıtdıqdan sonra qadınların bir çoxunun geyimində dəyişiklik, davranış dəyişikliyi, təkəbbür, cəmiyyətdə nümayişkaranə şəkildə özünü göstərmək, şöhrətpərəstlik müşahidə olunur.
BAKI, 9mart - Sputnik. Tacikistan prezidenti Emoməli Rəhmon dini liderlər və cəmiyyət nümayəndələri ilə görüşü zamanı tacik mədəniyyətinə yad paltar geyinən qadınları tənqid edib. Bu barədə RİA Novosti-nin xəbərində deyilir.
“Həcc ziyarətinə gedən qadınların çoxu qayıtdıqdan sonra başqalarından fərqlənmək üçün mədəniyyətimizə yad olan yad paltarlar geyindirir və onun təbliğinə vəsilə olurlar” - Rəhmon bildirib.
Emoməli Rəhmon
© Sputnik / Рамиль Ситдиков
/ Prezident qeyd edib ki, onların bir çoxunun Həcc ziyarətindən qayıtdıqdan sonra geyimində dəyişiklik, davranış dəyişikliyi, təkəbbür, cəmiyyətdə nümayişkaranə şəkildə özünü göstərmək, şöhrətpərəstlik müşahidə olunur.
© Sputnik / Владимир ПервенцевTacikistan SSR-dən olan deputatlar Kremlin Georgi zalında iclaslar arasında fasilə zamanı, 1980.
Tacikistan SSR-dən olan deputatlar Kremlin Georgi zalında iclaslar arasında fasilə zamanı, 1980.
© Sputnik / Владимир Первенцев
Tacikistan liderinin sözlərinə görə, əvvəlki nəsil tacik qadınlarının özünəməxsus milli geyim tərzi olub və onu qızlarına miras kimi qoyub gediblər ki, bu da gözəllik və rəngarəngliklə yanaşı, ölkənin qədim insanlarının əxlaqi və dini normalarını əks etdirir.
O, Qadın və Ailə Məsələləri Komitəsinin qarşısında Tacikistan qadınlarının dini və mənəvi ehtiyaclarına uyğun olaraq yerli dizaynerlərlə birgə gözəl və rəngarəng milli geyim modellərini hazırlayıb təqdim etməyi tapşırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.